KORONAVİRUS: Hazırda ATV-də bütün işçilər... SON DURUM

KORONAVİRUS: Hazırda ATV-də bütün işçilər... SON DURUM
 

"Koronavirusa yoluxmuş əməkdaşlarımızla təmasda olan bütün işçilərdən test üçün yaxma götürüləcək".

Bu sözləri Redaktor.az-a açıqlamasında "Azad Azərbaycan” (ATV) televiziysının icraçı direktoru İsmayıl Həsənov bildirib:

"İki əməkdaşımızın koronavirusla bağlı testi pozitiv çıxdığı üçün, onlarla ünsiyyətdə olan əməkdaşlardan da testdən keçəcək. Digər əməkdaşlarımız hazırda iş başındadılar, heç kəs karantinə alınmayıb”.

İ. Həsənov virus çübhəsi ilə xəstəxanaya aparılan əməkdaşların səhhətinin stabil olduğunu bildirib:

"Hər iki əməkdaşımızla mütamadi olaraq əlaqə saxlayırıq, səhhətləri yaxşıdır”.

Qeyd edək ki, ATV-nin Xəbərlər Departamentinin əməkdaşları Mahmud Rövşənoğlu və Heydər Məmmədov koronavirusa yoluxub.


OXŞAR XƏBƏRLƏR