Koronavirisun qurbanı olan iş adamının ölümü ilə bağlı İLGİNC TƏFƏRRÜAT

Koronavirisun qurbanı olan iş adamının ölümü ilə bağlı İLGİNC TƏFƏRRÜAT

Sfera.az xəbər verir ki, APA XƏBƏR TV dünən koronavurus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edən 34 yaşlı azərbaycanlı iş adamı Fərid Əliyev haqda süjet hazırlayıb.


Süjetdə bildirilib ki, mərhum doğulduğu Ağcabədi rayonunda xüsusi qaydalara uyğun dəfn edilib. Məlum səbəbdən Ağcabədi Rayon İcra Hakimiyyəti yas mərasiminin kütləvi keçirilməsinə icazə verməyib. Bu üzdən çox az sayda insan sosial məsafə gözləməklə iş adamının ailəsinə başsağlığı verməyə gəlib.

Süjetdən məlum olduğu kimi, Ağcabədi Rayonu Həzi Aslanobv küçəsində qeydiyyatda olan Fərid Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birgə Bakıda yaşayıb. Bir həftə əvvəl səhhətində problem yaranan, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkən soydaşımız həkimə müraciət etməyərək ev şəraitində müalicə olunmağa qərar verib. Amma iyunun 12-i, axşam saatlarında vəziyyəti kəskin pisləşən iş adamının ailə üzvləri Təcili Tibbi Yardım Xidmətinə zəng vurmaq məcburiyyətində qalıblar, təəssüf ki,xəstə təcili yardım maşınındaca dünyasını dəyişib.

 

Sözügedən video süjetdə vurğulanıb ki, yaxınları Fətid Əliyevin bu vaxtadək heç bir xəstəlikdən əziyyət çəkmədiyini, heç nədən şikayətçi olmadığını söyləyib.

 

İkinci körpəsi iki ay əvvəl dünyaya gələn mərhumun iki azyaşlı övladı atasız qalıb.

 

APA TV bir vaxtlar orta məktəbdə Fərid Əliyevə dərs deyən Səadət müəllimədən müsahibə alıb. Səadət xanım keçmiş şagirdinin savadlı, intizamlı, mehriban, ailəsinə sadiq bir insan olduğunu bildirib. Söhbətinin sonunda hər kəsi yaş məhdudiyyəti tanımayan virusdan qorunmağa çağırıb. O, həmçinin vurğulayıb ki, koronavirusun ən yüngül əlamətlərini belə özündə hiss edən kəs həm özünü, həm də yaxınlarını ölüm təhlükəsindən qorumaq üçün həmən səhiyyə ocaqlarına müraciət etməlidir. Məsələnin kifayət qədər ciddiyə alınmasını tövsiyə edən pedaqoq hər kəsi uyarıb, "səhlənkarlıq yeni, daha böyük bəlalara yol açağaq”, -deyib.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...