Könüllülük fəaliyyətinin vacibliyi

Könüllülük fəaliyyətinin vacibliyi
 
Könüllülük fəaliyyəti bir vacib missiyadır ki, gənclərimizdə vətənpərvərlik, milli özünüdərk, milli mənlik şüurunun aşılanmasında, könüllü olaraq yardım göstərməsi, dövlətə,xalqına bağlılığını onların inkişafı üçün öz məsuliyyətini dərk etməsi və bu yolda təmənnasız bu istiqamətdə addım atmasıdır.
        Könüllülük fəaliyyəti insanpərvərliyin,müxtəlif çətinliklərlə qarşılaşan zaman dözümlülüyün ifadəsidir ki, bu yola doğru istiqamətlənmək bir şərəf hissidir. İnsanın təkmilləşməsində, onun ali varlıq kimi yüksəlməsində, mənəvi, əxlaqi dəyərlərinin formalaşmasında bu fəaliyyətin çox böyük əhəmiyyəti vardır. Fikrimcə hər bir gənc də bu könüllü adının nə qədər gözəl, şərəfli, məsuliyyətli bir ad olduğunu anlamalıdır. Könüllülük bir məktəbdir və bu məktəbdə biz öz məsuliyyətimizi dərk edərək, ən birinci təmənnasız olaraq və yaşımızın nə qədər olmasına baxmadan daim əlimizdən gələni xalqımızın rifahı , dövlətimizin daha da inkişaf etməsi uğrunda sərf edirik.
      Könüllülər bir çox mərkəzlərdə fəaliyyət göstərirlər ki, onlar vətəndaşların işinin asanlaşdırılması və tezləşdirilməsində əsaslı rol oynayırlar. Azərbaycan gəncləri fəaldır, onlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlar,  müxtəlif sahələrdə müvəffəqiyyətlər qazanaraq özlərində inam hissini formalaşdırırlar. Bu da bizə deməyə əsas verir ki, könüllülük həm də inam formalaşdırır və gənclər bu inamı özlərində hiss edərək daha da uğurlu addımlar atırlar,cəmiyyətin tərəqqisi naminə öz töhfələrini verirlər.
        Məlum olduğu kimi yayılan Covid-19 pandemiyası ilə əlaqədar olaraq könüllülər hərəkatı da geniş vüsət almışdır.Onlar da öz istəyi ilə xalqımıza, ən çox da yaşlılara, fiziki qüsurlu şəxslərə , qocalara yardım əli uzadırlar, onlara daim dəstək durmağa çalışırlar. Onlar kömək əli uzadaraq könüllü adını daşımağın nə qədər yüksək olduğunu bir daha sübut edirlər.
       Gənclər könüllü fəaliyyətinə qoşularaq həm də öz karyeralarına da doğru bir addım atmış olurlar. Onlar işlərin gedişatı ilə maraqlanır, sosiallaşırlar və müəyyən nailiyyətlər əldə edirlər ki, bunlar da onların gələcəkdə daha da uğurlu addımlar atmasına şərait yaradır. Buna görə də gənclərimizin könüllülük fəaliyyətinə qoşulması hər cəhətdən olduqca faydalıdır. Bir tərəfdən gənclərdə əxlaqi dəyərləri formalaşdırır, digər tərəfdən onlara uğurlar əldə etməyə və onlarıın sosiallaşmasına şərait yaradır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...