Könül Nurullayeva \"Qanlı Yanvar\"ı andı - FOTOLAR

Könül Nurullayeva \
Bu gün Qanlı Yanvar faciəsindən 31 il ötür, xalqımız faciə qurbanlarını dərin ehtiram və hüznlə anır.
 
Sfera.az xəbər verir ki, millət vəkili Könül Nurullayeva Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında olub, şəhidlərimizin əziz xatirəsini yad edib. "Qanlı Yanvar faciəsi qurbanlarının simasında I Qarabağ savaşında, eləcə də 44 günlük Vətən Müharibəsində dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayıram. Vətən uğrunda bu günədək canından keçən bütün igidlərimizin və günahsız soydaşlarımızın ruhu şaddır”,-deyə millət vəkili bildirib. K.Nurullayeva qeyd edib ki, 20 Yanvarın faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
 
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq” meydanında 2 milyona yaxın insanın iştirakı ilə şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi: "Bu hadisə Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində mühüm hadisə oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət quruculuğu siyasəti nəticəsində işğal altındakı torpaqlarımız azad edildi. Tarixi ədalət bərpa olundu. Beləliklə, 30 ildən sonra biz Şəhidlər Xiyabanına fəxr hissi və Qələbə müjdəsi ilə gedirik. 
 
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  şanlı Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı, onların qisası alındı.”

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...