Kontakt və optik linzaların fərqi

Kontakt və optik linzaların fərqi

Qəlbin aynası olan gözlər görmə qabiliyyətinin əsas təminatçısıdır. Onların sağlamlığı və müdafiəsi hər kəs üçün zəruridir.

Sfera.az  bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirovanın AZƏRTAC-a verdiyi məlumat görə, fərqlilik və gözəllik axtaran bir qrup insan dəyişiklik məqsədilə linzalardan istifadə etdiyi halda digər qrup görmə qabiliyyəti zəif olduğundan onlara ehtiyac duyur: "Müasir oftalmologiyada həm kontakt, həm də optik, yaxud intrakulyar linzalardan istifadə olunur. Gözlərin rəngini dəyişdiyi, parıltı verdiyi, eynəkləri əvəz etdiyi üçün onlara olan tələbat yüksəkdir. Eynək taxmağa kompleksi olanlar üçün də linzalardan istifadə etmək əlverişlidir. Kontakt linzalar buynuz qişanın ön səthinə qoyulur və xəstə onu çıxarıb taxa bilər. Lakin onlardan istifadə zamanı çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Əks halda sağlamlıq üçün ciddi təhlükə yarada bilər. İntrakulyar linza isə bulanmış bülluru əvəz edir və cərrah tərəfindən yerləşdirilir".

Onun dediyinə görə, estetik məqsədlə istifadə olunanlar kontakt, görmə qabiliyyəti üçün istifadə olunanlar isə optik linzalar adlanır. Onların hər birinin müəyyən yararlılıq müddəti olur: günlük, həftəlik, aylıq, altı aylıq, illik və daha uzunmüddətli. Linzaları həkim təyin etməli və gözün ona hazır olması dəqiqləşdirilməlidr. Həmin vasitədən mütəmadi istifadə buynuz qişasının normal qidalanmasına mane olur. Odur ki, gigiyena qaydalarına əməl etmək vacibdir. Əllər təmiz yuyulmalı, linzaya toxunmamışdan əvvəl dezinfeksiya olunmalı, saxlama qabı və suyu vaxtında dəyişdirilməlidir. Tamamilə eynəkdən imtina edərək yalnız linzadan istifadə etmək qətiyyən doğru deyil. Eynəyin korreksiyası linzadan daha effektivdir. Unutmaq lazım deyil ki, linzalardan yanlış istifadə edilməsi görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Onu da qeyd edək ki, oftalmoloqlar gözlərin sağlamlığına təhlükə yaratmamaq üçün linzadan mümkün qədər istifadə etməməyi məsləhət görürlər. (milli.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...