Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ 1 AYLIQ GÜZƏŞT

Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ 1 AYLIQ GÜZƏŞT
 Ölkənin ən böyük elektronika brendlərindən olan Kontakt Home mağazalar şəbəkəsi bütün müştərilərinin aylıq ödənişlərinə 1 aylıq güzəşt edib. Bu barədə şəbəkənin rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.

Artıq uzun müddətdir ki, şirkət "Müştəri güzəşt proqramı” çərçivəsində müştəri müraciətlərini fərdi araşdırır və onlara aylıq ödənişlərlə bağlı güzəştlər tətbiq edirdi. Təkcə mart ayı ərzində ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin aylıq ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq uzadılmışdı.

Karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq şirkət bu güzəşt proqramını hər kəs üçün açıq edib. Başqa sözlə, bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq olunacaq və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə hesablanmayacaq.

Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şəbəkə öz fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, martın 29-dan etibarən ölkədəki bütün ticarət obyektləri kimi, Kontakt Home mağazaları da yerində xidməti müvəqqəti dayandırır. Bununla əlaqədar sevdiyiniz məhsulları 7/24 fəaliyyət göstərən www.kontakt.az saytından istər nağd, istər taksit, istərsə də 24 ayadək faizsiz şərtlərlə sifariş edə bilərsiniz. Sifarişiniz gün ərzində PULSUZ və TƏHLÜKƏSİZ qaydada ünvanınıza çatdırılacaq.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...