"Könlümüzdə bir körpü daha qurdunuz" - Prezidentin Zəfər Günü ilə bağlı qərarına REAKSİYA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 10 noyabrın Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü olması səbəbilə Azərbaycanda Zəfər Gününün tarixini dəyişərək 8 noyabr olmasını qərara alıb. 
 
Sfera.az xəbər verir ki, Prezidentin bu addımı Azərbaycan-Türkiyə dostluğunu dəstəkləyənləri hədsiz sevindirib. 

İkinci Qarabağ müharibəsi ərzində Azərbaycanın haqlı mübarizəsinin detallarını işıqlandıran türkiyəli jurnalist Kürşad Zorlu da bu barədə sevincini özünün "Twitter" hesabında əks etdirib. 

"10 noyabrın Mustafa Kamal Atatürkün anım günü olduğu nəzərə alınaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin qərarı ilə Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr tarixi Qarabağın Zəfər Günü olaraq dəyişdirildi. Təşəkkürlər, qiymətli Prezident! Könlümüzdə bir körpü daha qurdunuz!", - deyə jurnalist yazıb. 
 


Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR