Kondisioner virusun havada dövr etməsinə təkan verir - TƏBİB

Kondisioner virusun havada dövr etməsinə təkan verir - TƏBİB
 

Salonun daxilindəki hava sərinləndirmə sisteminə təmas edir.

 

TƏBİB-in tövsiyəsinə əsasən, sərnişin avtobuslarında havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Belə ki, sərinləndirmə sisteminin COVID-19 infeksiyasının yayılma riskini artırdığı qeyd olunur.

Məsələni  Avtosfer.az saytına şərh edən Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, kondisionerlərin çalışdığı ictimai nəqliyyatda virusa yoluxma ehtimalı çoxdur:

"Avtobus salonlarında hava davamlı olaraq sirkulyasiya etdiyi üçün daxilindəki hava kondisionerlər vasitəsilə tənzimlənir və içəridə hava dövranı daimi olur. Beləliklə, salonun daxilindəki hava sərinləndirmə sisteminə təmas edir. Bu zaman  avtobus salonunda hər hansı virus təhlükəsi olan bir insanın asqırması və ya öskürməsi nəticəsində virus havaya nüfuz edir. Daha sonra isə hava vasitəsilə kondisionerə daxil olaraq bir müddət burada yaşayır. Məlumdur ki, yeni növ koronavirus canlılığını bir neçə saat, hətta 8 saata yaxın saxlaya bilir ki, plastik materialda virusun ömrünun daha uzun olduğunu deyə bilərik".

V. Əliyevin sözlərinə görə, virus kondisionerdə qaldığı müddətdə yenidən hava dövriyyəsi vasitəsilə digər insanları yoluxdura bilər: "Hava sirkulyasiyasında virusun daha başqa insanları yoluxdurma ehtimalı böyükdür. Çünki hava dövranı zamanı insanlar eyni havanı təkrarən tənəffüs yolu ilə qəbul edir. Buna görə də, kondisioner bir növ virusun sirkulyasiyasına da  təkan vermiş olur. Nəticədə, deyə bilərik ki, kondisionerlərin istifadəsi risklidir və virusun yoluxma ehtimalını daha da artıra bilər. TƏBİB sözügedən risk ilə bağlı olaraq bu şəkildə tövsiyə verib".


 

 


OXŞAR XƏBƏRLƏR