Kondisioner alarkən nələrə diqqət etməliyik? – AİB sədrindən açıqlama

Kondisioner alarkən nələrə diqqət etməliyik? – AİB sədrindən açıqlama
"Kondisioner bazarında vəziyyət ildən-ilə yaxşılaşır. Əvvəl daha çox şikayət gəlirdi”.

Bunu Sfera.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. O bildirib ki, buna baxmayaraq, bazarda müəyyən problemlər də mövcuddur:

"Vətəndaş 30 kvadrat metrlik mənzilini soyutmaq istəyir. Kondisioner alan zaman bildirirlər ki, məhsul 40 kvadrat metri də əhatə edə bilər. İstehlakçı başa düşmür ki, kondisionerin sənədində kub metr göstərilir. Əslində 30 kvadrat metrlik mənzilə 40 kub metrlik kondisioner uyğun olmur. Satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və gizlədilir. Bu istiqamətdə də aldadılma halları müşahidə edilir”.

Müsahibimiz hazırda keyfiyyətsiz kondisionerlər satan, vətəndaşları aldadan şirkətlərin olduğunu qeyd edib:

"Adətən kreditlə alınan kondisionerlər müəyyən problemlərə səbəb olurdu. Yəni, kondisioner istehlakçının tələbatını ödəmir və onu qaytarmaq istəyir. Lakin kredit ödəmə vaxtı çatanda onu məhkəməyə verirlər və istehlakçı ümumiyyətlə öz hüquqlarını müdafiə edə bilmir. Düzdür, bu istiqamətdə hazırda şikayət yoxdur, amma hər il bu cür problemlər özünü göstərir. Ümumiyyətlə isə, təkcə kondisionerlər deyil, mürəkkəb texniki cihazlarla bağlı şikayətlər çox gəlir”.
E.Hüseynov bildirib ki, bir neçə qanunvericilik aktına görə, o cümlədən İstehlakçıların müdafiəsi və hüquqları haqqında qanuna uyğun olaraq, ölkənin əmtəə bazarına çıxarılan bütün malların sənədlərində xarici dillə yanaşı, Azərbaycan dilində də məlumatlar öz əksini tapmalıdır: "Əgər kondisionerlərin sənədində öz dilimizdə məlumat yoxdursa, bu qanun pozuntusudur. Təəssüf ki, bu problem də müşahidə edilir. Kondisioner alan zaman istehlakçılar ilk növbədə onun istehsal olunma tarixinə baxsınlar”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...