“Kommersant”ın müsahibləri: Əliyev və Sarkisyan əl sıxacaqlarmı?

“Kommersant”ın müsahibləri: Əliyev və Sarkisyan əl sıxacaqlarmı?

 

Azərbaycan və Ermənistan Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi variantlarını müzakirə edəcəklər. Vyanada hər iki ölkənin prezidentləri İlham Əliyev və Serj Sarkisyan görüşəcəklər.

Oxu.Az xəbər verir ki, danışıqlarda həmçinin ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyroiştirak edəcəklər. Daha öncə diplomatlar birgə bəyanatla çıxış ediblər.

Rusiyanın "Kommersant” qəzetinin yazdığına görə, onların fikrincə, Bakı və Yerevan arasında dialoq vacibdir. Bu, "atəşkəs rejimini möhkəmləndirmək və etibarın möhkəmləndirilməsinə dair tədbirlər üzrə razılığa gəlmək üçün” lazımdır.

Əliyev və Sarkisyan Moskva, Paris və Vaşinqtonun fikirlərini dinləməlidirlər, MDB ölkələri institutunun direktor müavini Vladimir Jarixin qeyd edib.

"Bu görüş Dağlıq Qarabağ ətrafında vəziyyətin danışıqlar çərçivəsində inkişaf etməsinə Rusiya və ABŞ-ın can atmasını təsdiqləyir. Onlar Minsk qrupunun həmsədrlərinin nüfuzunu başa düşürlər və ona görə də Minsk qrupunun nümayəndələri ilə danışılmamış hansısa addımı atmağa, çətin ki hazır olsunlar. Həm bu, həm də digər tərəfin arqumentlərinə düşünürəm ki, qulaq asmaq lazım gələcək”, - Jarixin bildirib.

Dağlıq Qarabağda vəziyyət 2016-cı ilin aprel ayının 2-də kəskin şəkildə gərginləşdi.

Əliyev və Sarkisyan görüşündən çox şey gözləmək lazım deyil, belə ki, Bakı və Yerevan arasında münaqişənin əsasında uzun illər boyu sürən fikir ayrılığı durur, Milli strategiya üzrə Müşavirənin baş direktoru Valeri Xomyakov bundan əmindir.

"Hansısa qaydanı gözləmək çox çətindir, amma görüşlər mütəmadi olarsa, bu uzun sürə bilər. İki prezidentin görüşməsi çox vacibdir. Görək bir-biri ilə necə ünsiyyət quracaqlar, əl sıxacaqlar və s. bu detallar bəzən çox şeyi göstərir.

İlk addım, onun necə keçəcəyindən bu gərginliklərin aradan qaldırılması üçün müəyyən baza yarada bilər. Bu həm ABŞ, həm də Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə vahid yanaşma nümayiş etdirmələri üçün yaxşı səbəbdir”, - Xomyakov bildirib.

İlk növbədə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Moskva və Vaşinqton maraqlıdır, bunu beynəlxalq humanitar-siyasi tədqiqatlar institutunun eksperti Vladimir Bruter qeyd edib.

"Qarşıdurmaların dayandırılması üçün əsas var. Siyasi tənzimlənməyə gəldikdə isə o, əlbəttə ki, 10, 15 və 20 il əvvəl olduğu kimi yenə də uzaqdır. Bu, nəhəng oyunçular üçün çətinlik yarada bilər, belə ki, Suriyada baş verənlərə erməni-Azərbaycan münaqişəsi də əlavə oluna bilər. Bu arzuolunmazdır və baş verdikdə domino effektinə təhrik edə bilər. Tərəflər ilk olaraq bundan qaçınmağa çalışırlar”, - "Komersant FM”ə Bruter izah edib.

Ümumrusiya ictimai fikrin öyrənilməsi mərkəzinin məlumatına görə, rusiyalıların 70%-i Dağlıq Qarabağ münaqişəsinin tənizmlənməsinin dinc yolla mümkün olduğunu hesab edir.

Bununla yanaşı sorğuda iştirak edənlərin 40%-i, Rusiyanın prosesdə vasitəçi kimi çıxış etməli olduğunu düşünür.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...