Köçəryanın təklifinə digər eks prezidentlər nə cavab verəcək? - Paşinyana qarşı birlik...

Köçəryanın təklifinə digər eks prezidentlər nə cavab verəcək? - Paşinyana qarşı birlik...
"Bu birlik baş tutan deyil, digər iki eks-prezident Köçəryanın təklifinə müsbət cavab verməyəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın sabiq dövlət başçıları Levon Ter-Petrosyana və Serj Sarkisyana Paşinyan hakimiyyətinə qarşı birgə mübarizə aparmaq təklifinə münasibət bildirərkən, politoloq Fuad Çıraqov deyib:

"Əslində Köçəryanın bu açıqlaması Levon Ter-Petrosyanın bir müddət əvvəl səsləndirdiyi təklifə verdiyi cavab idi. Belə ki, Köçəryandan əvvəl anoloji təklif Ter-Petrosyan tərəfindən səslənib. Ona görə də, Köçəryanın həmin təklifini Ter-Petrosyana cavab forması kimi qiymətləndrmək olar. Serj Sarkisyan isə hələlik bu məsələdə susur. Ter-Petrosyan təklif verdi ki, sabiq prezidentlər ümumi blok şəklində çıxış etməli və gələcəkdə siyasi hakimiyyətdə hər hansı bir posta iddia etməməlidirlər. Ter-Petrosyanın həmin təklifi əslində Köçəryanla Sarkisyanı pis vəziyyətə qoyurdu. Onları şəxsi iddialarından əl çəkməyə və ümumidövlət prizmasından çıxış etməyə səsləyirdi”. 

Həmsöhbətimizin fikrincə, Köçəryanın açıqlaması onu göstərir ki, Ter-Petrosyanın həmin fikri onu təmin etməyib:
 
"O özünü müxalifətin birliyinin əleyhinə olan şəxs qismində göstərməmək üçün sözügedən təkliflə çıxış edib ki, bu dəfə də Ter-Petrosyan onu qəbul etməsin”. 

Bütün bunlara əsasən politoloq düşünür ki, Köçəryanın açıqlamasına rəğmən Ermənistanda müxalifətin birliyi, hətta keçmiş dövlət başçıları səviyyəsində olsa belə, alınan deyil:
 
"Eks-prezidentlər bir-birinə tamamilə zidd fikirdədirlər. Ona görə də bu birlik alınmayacaq”.

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR