Köçəryanın sabah Yerevanda keçirəcəyi mitinq \"Qarabağ klanı\"nı \"diriltməyə\" yetəcəkmi? - ŞƏRH

Köçəryanın sabah Yerevanda keçirəcəyi mitinq \
"Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın mayın 9-u tərəfdarları ilə birlikdə Yerevanın Azadlıq meydanında mitinq keçirəcəyi haqqında məlumatlar var. Hələ Qarabağda hakimiyyətdə olarkən yaxın dostu olan Arkadi Qukasyanla birləşməsi və birlikdə seçkiyə getmələri onların seçkidən gözləntilərinin daha böyük olması haqqında düşünməyə əsas verir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, bir neçə ay bundan əvvəl növbədənkənar parlament seçkilərində Paşinyanın yeganə namizəd olacağı proqnozlaşdırılsa da, Köçəryanın seçki kampaniyasına qoşulması vəziyyəti Nikolun əleyhinə bir qədər dəyişdi:

"Lakin bu, Köçəryanın Paşinyana ciddi rəqib olması anlamına gəlməməlidir. Sadəcə Köçəryan bütün imkanlarından, o cümlədən Rusiyanın paytaxtına qədər gedib çıxan imkanlarından istifadə edir ki, seçkilər zamanı Paşinyan və onun seçkiqabağı blokuna problemlər yaratsın.

Məlumdur ki, Köçəryan 1 mart 2008-ci il hadisələrinə görə, Konstitusiya quruluşunu devirmək maddəsi ilə 3 ilə yaxın həbsxanada yatdı və sonda 5 milyon dollar girov müqabilində zaminə buraxıldı. Paşinyan ciddi cəhdlə Köçəryanı həbsxana divarları arasında saxlamağa çalışsa da, Rusiyanın təzyiqi və Köçəryandan qalma məhkəmə hakimlərinin ikiüzlülüyü nəticəsində buna nail ola bilmədi. Paşinyanla Köçəryan qarşıdurmasında müvəqqəti olaraq təşəbbüs Köçəryanın tərəfindədir - seçkilərə qədər”.

Politoloq bildirib ki, seçkilərdən sonra yeni qüvvə ilə hakimiyyəti formalaşdıracaq Paşinyan Robert Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyan və onun kimi onlarla Qarabağ klanının üzvləri ilə birdəfəlik haqq-hesab çəkəcək:

"Artıq hamı başa düşür ki, onların Ermənistanın siyasi səhnəsindən silinib atılması vaxtı çatıb. Çünki bu klan Ermənistanın yenidən həyata dönərək normal region dövlətləri sırasına qayıtması yolunda böyük maneədir. Paşinyan nəzərdə tutduğu siyasi və iqtisadi kursun qalib gəlməsini istəyirsə, bu klanı birdəfəlik qarşısından götürməlidir.

Robert Köçəryan və Arkadi Quqasyan qrupunun mayın 9-na Yerevanın Azadlıq meydanında keçirilməsini planlaşdırdığı mitinq kəşfiyyat səciyyəsi daşıyır və onların seçki ilə bağlı yaxın gələcəkdə atacaqları addımların müəyyənləşməsinə yardım edəcək”.

Müsahibimiz xatırladıb ki, bir neçə gün bundan əvvəl Köçəryan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın seçki ilə əlaqədar birləşmək təklifini rədd etdi və bunu əsaslı olmayan mənəvi məsələlərlə əlaqələndirdi:

"Amma o, həbsxanaya həyatı keçirən, Qarabağdan olan Arkadi Qukasyanla birləşir. Deməli, Köçəryan qarşıdan gələn seçkilərdə Qarabağ klanını yenidən fəal siyasi həyata qaytarmaq üçün istifadə etməyə çalışacaq. Onun bu niyyəti haqqında Ermənistanda yetərincə məlumatlıdırlar və erməni xalqı yenidən Qarabağ bataqlığına düşmək fikrindən çox uzaqdır. Köçəryanın bütün cəhdlərinə və aktivliyinə baxmayaraq, həm daxili, həm də xaricdən olan dominant siyasi qüvvələr tərəfindən ona revanş götürməyə imkan verilməyəcək.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...