Klublararası DÇ-nin püşkü atıldı

Klublararası DÇ-nin püşkü atıldı
2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Sfera.azxəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın "Palmeyras" komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

Püşkatma tam olaraq aşağıdakı kimidir:

I mərhələ

1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)

II mərhələ

2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)

III mərhələ

3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək.

Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın "Bavariya" klubudur.


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...