KİV Valentina Matviyenkonun Azərbaycana səfəri zamanı dediyi sözləri təhrif edib

KİV Valentina Matviyenkonun Azərbaycana səfəri zamanı dediyi sözləri təhrif edib
Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı məmnunluqla izlənilir.

Azərbaycan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Haqqqın.az-a müsahibəsində bildirib ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana uğurlu səfəri növbəti dəfə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini və iki ölkənin möhkəmlənən strateji tərəfdaşlığını göstərdi.

Valentina Matviyenko səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb, Milli Məclisdə, ASAN xidmətdə və Gimnastika Federasiyasında olub. Özünün görüşləri və çıxışlarında rusiyalı qonaq Rusiya-Azərbaycan münasibətlərinin dirçəldilməsində Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin böyük rolunu xüsusi olaraq vurğulayıb.

Əli Hüseynli qeyd edib ki, Valentina Matviyenko Azərbaycanda rus dilinə və rus ədəbiyyatına bu cür hörmət göstərilməsindən, rus icmasının vəziyyətindən məmnunluq ifadə edib, həmçinin bildirib ki, Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı məmnunluqla izlənilir.

 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bir sıra Rusiya KİV-ləri Valentina Matviyenkonun Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlərdən bir neçəsini kontekstdən çıxararaq, xüsusilə bəyan ediblər ki, "Matviyenko Azərbaycan Prezidentinə "total imla” yazmağı təklif edib. Ona görə də bir neçə Azərbaycan KİV-ləri Rusiya KİV-lərinin xəbərlərinə istinad ediblər. Mən bu məsələyə aid olan çıxışın tam mətnini təqdim etmək istəyirəm.

"Universitetlər çərçivəsində elmi əməkdaşlığı da, rusiyalı tələbələrin Azərbaycanda və azərbaycanlı tələbələrin Rusiyada təhsil almasına yönəldilmiş gənclərin mübadiləsini son dərəcə mühüm hesab edirəm.

Biz hər il Azərbaycandan olan tələbələrə dövlət təqaüdü ayırırıq. 2018-ci ildə 205 təqaüd ayrılıb, lakin ümumilikdə Rusiyanın bütün universitetlərində müxtəlif formalarda 15 min azərbaycanlı tələbə təhsil alır.

Biz qəbulun həcmini artırmağa hazırıq. Bu istiqaməti olduqca mühüm hesab edirik.

Bilirəm ki, sizdə rus dili üzrə olimpiada da keçirilir. Mənə məlumdur ki, rus dili üzrə ümumi imla olub. Əgər növbəti dəfə Azərbaycan Prezidenti bu imlada iştirak edərsə, düşünürəm ki, hamı fəal şəkildə ona qatılacaq. Bu, bir növ simvolik aksiyadır, lakin çox mühümdür”.
Əli Hüseynli deyib: "Yuxarıda göstərilən çıxışın mətnindən də məlum olur ki, xanım Matviyenkonun İlham Əliyevlə görüşündə söylədiyi sözlər təhrif edilib”.

Milli Məclisin deputatı bildirib ki, rus dili üzrə "Total imla” rus dilinin bütün dünyada inkişafı üzrə ən populyar aksiyalardan biridir. Xatırladaq ki, artıq üç ildir ki, Bakı Slavyan Universitetində də "Total imla” humanitar aksiyası keçirilir.

Əli Hüseynli deyib: "Bütün dünyada keçirilən bu aksiyada adi vətəndaşlarla yanaşı, görkəmli ictimai və siyasi xadimlər də iştirak edirlər. Hətta bir sıra böyük dövlətlərin başçıları da bu aksiyada iştirak etməyə dəvət alırlar. Beləliklə, Valentina Matviyenko məhz İlham Əliyevi bu aksiyada iştirak etməyə dəvət edib və bu, birmənalı olaraq, dövlətimizin başçısına dərin ehtiramın təzahürüdür”.

Yazının əsli ilə BURADAN tanış ola bilərsiniz!

 

Eynulla Fətullayev


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...