Kişini güllələyib, restoranda yemək yeməyə davam etdi - VİDEO

Kişini güllələyib, restoranda yemək yeməyə davam etdi - VİDEO

Restoranda "niyə baxırsan?” söhbəti qanla bitib. Hadisənin görüntüləri müəssisəyə quraşdırılmış kameralar tərəfindən qeydə alınıb.

Bu barədə "Vesti” xəbər verib.

Hadisənin ABŞ-da baş verdiyi bildirilir. Kadrlarda görünür ki, restoranda öz sifarişini gözləyən 24 yaşlı sürücü tanımadığı 21 yaşlı gəncin ona baxmasından əsəbiləşərək, əvvəlcə təhqir edib, sonra isə masasından duraraq ona yaxınlaşıb və onu yumruqlamağa başlayıb. Qarşı tərəf isə silahçıxarıb. Bundan sonra sürücü qaçıb.

 

Videoda onların müəssisədən çıxmaları və 21 yaşlı gəncin silahdan atəş açdığı görünür. Ümumilikdə yeddi atəş açılıb. Onlardan dördü hədəfə – sağ ayağa dəyib.

Silahlı gənc yenidən restorana qayıdaraq, yeməyinə davam edib və polislər gələndən sonra saxlanılıb.

O, hüquqmühafizəçilərinə bildirib ki, davanı o başlatmayıb, silahdan isə müdafiə məqsədilə istifadə edib.

Hazırda gənc məhkəmənin qərarını gözləyir.

Son məlumata görə, zərərçəkən yaxın xəstəxanaların birində əməliyyat olunub, həkimlər onun vəziyyətinin sabit olduğunu deyiblər.(xezerxeber.az)


 

 



OXŞAR XƏBƏRLƏR