\"Kirayə mənzil\" aldı - 1 il sonra evin içini görəndə şoka düşdü - VİDEO

\
Paytaxt sakini Orxan Qəmbərov İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillərindən alıb. O, deyir ki, heç bir il deyil mənzilə köçmüşəm, artıq divar kağızları qopub, qapılar bağlanmır, dəhlizi isə su basıb. Aidiyyatı qurum isə deyilənləri təkzib  edir. İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər ki, onlara vətəndaş tərəfindən bircə dəfə rəsmi müraciət olunub, onda da mənzilə baxış keçirilərək, zərərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. 

Paytaxt sakini Orxan Qəmbərovun şikayəti İpoteka və Kredit Zəmanət fondundan aldığı "kirayə mənzil"i ilə bağlıdır. Deyir ki, 2020-ci ilin avqustunda aldığı evə köçsə də, cəmi 1 ay sonra ciddi problemlərlə üz-üzə qalıb. 

Mənzil sahibi deyir ki, müddət keçdikcə otaqların divar kağızları qopub, hətta döşəmələr belə yarasız hala düşüb. 

Məsələ ilə bağlı İpoteka və kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova Xəzər Xəbərə bildirdi ki, bu günə kimi mənzilə gedən ustalardan onların xəbəri yoxdur. Sözügedən vətəndaşın fonda ilk rəsmi müraciəti isə bu il yanvar ayında olub.

Orxan Qənbərov mənzilində yaşanan problemlər ilə bağlı isə fonda iyun ayında müraciət edib.   

Elə bu müraciətində Orxan Qənbərov yaşanan saysız problemlərə görə, mənzilindən imtina etmək istədiyini bildirib. Yeganə Ramazanovanın sözlərinə görə, müqaviləyə  qarşılıqlı razılıq əsasında xitam verilə bilər. Amma bu zaman vətəndaşın bu günə kimi ödədiyi pullar ona geri qaytarılmayacaq. 

 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...