Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI

Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
 Həddən artıq çəki və piylənmə müxtəlif xəstəliklərin inkişafını sürətləndirən, səhhətimizi təhlükəyə atan başlıca amillərdən biridir. Məlum olub ki, köklük yeni tip koronavirus infeksiyasına da yoluxma riskini artıran əsas amillərdən biridir.

Sfera.az xəbər verir ki, bədən kütləsi indeksi nə qədər yüksək olsa, xəstəlik bir o qədər şiddətlənir.

"Bədən kütləsi indeksi müxtəlif yoluxucu və xroniki xəstəliklərlə birbaşa əlaqəlidir. Bu cür insanlar patologiyaların bir hissəsini özlərində daşıyır və nəticədə COVID-19-a qarşı daha dözümsüz olacaqlar. Bunu mövcud statistika da təsdiqləyir", - deyə gen mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov "İzvestiya"ya verdiyi açıqlamasında qeyd edib.

Yüksək dərəcədə piylənməsi olan insanlarda bir qayda olaraq ağciyərlərin işləmə həcmi azalır, bu da xəstəliyin pnevmoniya şəklində inkişafına kömək edir. Seçenov Universiteti Sağlamlıq İdarəetmə Klinikasının dietoloqu Natalya Puqaçeva isə hesab edir ki, xüsusilə yüksək piylənməsi olan insanlar risk altındadır.

Rus mütəxəssislər xarici həmkarlarının məlumatlarına etibar edirlər. Belə ki, Birləşmiş Krallıq ciddi xəstəliklərə yoluxanların sayının təxminən üçdə ikisinin kilolu olduğunu elan edib. Fəsadların ən yüksək riskinə bədən kütləsi indeksi 40-dan çox olan insanlarda rast gəlinir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...