\"Keşlə\" Rusiyada darmadağın oldu

\
Azərbaycan kubokunun son qalibi "Keşlə" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Sfera.az-ın məlumatına görə, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Rusiyada "Soçi" klubu ilə qarşılaşıb. "Fişt" stadionunda oynanılan və albaniyalı referi Enea Yorcinin idarə etdiyi görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 10-cu dəqiqədə Soçi təmsilçisinin heyətində Rodriqo vurub. İlk hissə bu hesabla yekunlaşıb. "Keşlə" 67-ci dəqiqədə 2-ci qolu qapısında görüb. Bu dəfə Kristian Noboa penaltidən fərqlənib. 74-cü dəqiqədə qonaqların heyətində Rəhman Hacıyev zədələnərək meydanı tərk edib. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Maksim Barsov qoyub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq. Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Qarabağ" isə evdə İsrail "Aşdod"u ilə qolsuz heç-heçə edib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...