\"Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa...\"

\
 "Biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq”.
 
Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsini təqdim edir:

- Qüdrət bəy, xarici işlər nazirinin Vaşinqtona səfərindən gözləntiləriniz və ABŞ torpaqlarımzı azad etməyə davam etdiyimiz üçün bizə hansısa sanksiya tətbiq edə bilərmi?

- Düşünürəm ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcək. Ola bilsin ki,Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir. Prezident də söylədi ki, Şusa işğaldan azad olunmasa bu problemin yarımçıq həlli olardı.

Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə,bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək.

ABŞ-ın Azərbaycan hücumlarını dayandırmayacağı təqdirdə sanksiya tətbiq etmək ehtimalına gəldikdə, bu bizi ciddi narahat etməməlidir. Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri halda beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər.Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq.

- Belə bir ehtimal mümkündürmü ki, ABŞ administrasiyası Minsk qurupunun həmsədri kimi prosesdə iştirakını nümayiş etdirmək və seçki öncəsi ermənipərəst dairələri sakitləşdirmək üçün belə bir görüşü təşkil edir, ictimaiyyət qarşısında Azərbaycandan tələb edir ki, atəşkəs elan olunsun, amma bağlı qapılar arxasında bizə cəsarətli olmağı və torpaqlarımızı işğaldan tam azad etməyi tövsiyyə edir?

- Belə bir ehtimalın mövcudluq əmsalı sıfıra yaxındır, amma siyasətdə heç nəyi tam da inkar etmək olmaz.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...