Keçmiş nişanlısının ərinin qətlini sifariş verdi

Keçmiş nişanlısının ərinin qətlini sifariş verdi
 

Türkiyənin Antalya şəhərində bir sahibkar arvadının keçmiş nişanlısı tərəfindən ölümcül döyülüb.

Sfera.az xəbər verir ki, 39 yaşlı Mehmet Gülayın motosiklet qəzası zamanı yaralanaraq öldüyü bildirilib.

Sonradan məlum olub ki, M.Gülay arvadı Əminə Gülayın keçmiş nişanlısı Erol G. üç nəfərə pul verərək  Mehmet Gülayı döydürüb. Xəstəxanaya çatdırılsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Erol G. Fransada bir qadınla evli olsa da, keçmiş nişanlısı ilə əlaqə saxlayıb.

Əminə Gülay ərinin onu döydüyünü və xəyanət etdiyini Erol G.-ya deyib.

Bundan sonra Erol G. Əminəni Aksaray şəhərinə aparıb. On gün sonra Əminə Gülay evinə qayıdıb. İstintaq prosesində Əminə Gülay da nəzarətə götürülüb.

Əminə Gülay və Mehmet Gülayı döyən üç kişi "qəsdən adam öldürmə” ittihamı ilə həbs olunublar. Qətlin sifarişçisi Erol G. tutulub. (Oxu.az)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...