Karyerasını sevdiyi kişiyə dəyişən azərbaycanlı məşhurlar – FOTOLAR

Karyerasını sevdiyi kişiyə dəyişən azərbaycanlı məşhurlar – FOTOLAR

Demək olar ki, bütün dövrlərdə qadınlar həyatda iki seçim arasında qalır: karyera qurmaq və ya özünü tamamilə ailəyə həsr etmək. Karyera qurmaq gözəldir. Bir şərtlə ki, bu ailə həyatına mənfi təsirini göstərməsin. Maraqlıdır ki, əksər hallarda xüsusilə ölkəmizdə ən uğurlu karyerası olan qadın heç düşünmədən əldə etdiyi karyerasını ailəyə qurban verir. Yəni bu qadınlar özlərini tamamilə ailəyə həsr edirlər.

 

Publika.az karyerasını ailəsinə qurban verən məşhurların siyahısını hazırlayıb. Onlar bir zamanlar Azərbaycanın ən məşhur sənətçiləri, efirləri bəzəyən ulduzlar olublar, indi isə mətbuatdan qaçırlar.

 

Aysel Teymurzadə

Aysel Teymurzadə 2009-cu ildə "Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmişdi. O, əsrarəngiz gözəlliyi ilə hamının sevgisini və sözügedən yarışma çərçivəsində keçirilən "Eurovision gözəli” müsabiqəsinin də qalibi seçilmişdi. Əlbəttə ki, Aysel Teymurzadə sözügedən yarışmada ancaq gözəlliyi ilə fərqlənmirdi. Ayselin məlahətli səsi yarışmada onu 3-cü etmişdi. Müsabiqədən sonra hamı bu qızın kimliyi ilə maraqlanırdı. Təəssüf ki, gənc ifaçı karyerası ilə çox tez vidalaşdı və parlaq səhnəni ailə səadətinə dəyişdi. Aysel Teymurzadə hazırda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəlidir. Cütlüyün bir qızı, bir oğlu var. Yeri gəlmişkən onu da bildirək ki, Aysel 3-cü dəfə ana olmağa hazırlaşır. Deyilənlərə görə, Ayselin həyat yoldaşı onu möhkəm qısqanır və mətbuatda görünməsini istəmir. Cütlük bütün tədbirlərə birlikdə qatılsa da, Murad bəy müəyyən jestləri ilə onu çəkmək istəyən fotoqraflara və açıqlama almaq istəməyən jurnalistlərə etiraz edir.

 

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü ilin noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, birinci nikahdan övladı da var.

 

Safurə Əliyeva

Qızlıq soyadı Əlizadə olan Safurə Əliyeva 1992-ci ilin 20 sentyabrında anadan olub. O, uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Kaman və saksofon üzrə orta musiqi təhsili var. "Yeni Ulduz 8” yarışmasında iştirakından sonra məşhurlaşıb və birinci yerə layiq görülüb. 2010-cu ildə isə Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edib. Yarışmanın final mərhələsində uğurla çıxış edərək 145 balla beşinci yerdə qərarlaşıb. Safura Əliyeva sözügedən yarışmada təkcə ifa tərzi ilə deyil, həm də gözəlliyi ilə hər kəsi heyran etmişdi. Nə hikmətdirsə, "Eurovison” müsabiqəsində iştirak edən gənc sənətçilər müsabiqədən qayıtdıqdan sonra ailə qurmağa tələsir. Məhz Safurə də 2013-cü ildə sənaye və energetika nazirinin oğlu Fərhad Əliyevlə ailə qurub. Ailə qurduqdan sonra karyerasına son qoyub. Cütlük hazırda İstanbulda yaşayır. Onların İsgəndər adlı bir oğlu var. Safurə müğənni kimi fəaliyyət göstərməsə də, əvvəlki populyarlığını itirmək niyyətində deyil. Özünü biznes ledi kimi sınamağa qərara verən nazir gəlini Türkiyədə gözəllik salonu açıb, həmçinin də rəssamlıqla məşğuldur.

 

Aynur Dadaşova

Uzun müddətdir ki, səhnədən uzaqlaşan müğənni Aynur Dadaşova da ailə həyatını karyeradan üstün tutan məşhurlar cərgəsinə daxildir. O, sənətdən uzaqlaşmasını övladının dünyaya gəlməsi ilə əlaqələndirmişdi. Lakin sən demə, Aynur Dadaşova əsl səbəbi hamıdan gizlədirmiş. Belə ki, Dadaşovanın ikinci həyat yoldaşı onun daha müğənni kimi fəaliyyət göstərməsini istəmir. Məhz bu səbəbdən də sənətçi uzun illərdir mətbuatdan qaçır.

 

 

Aygün Mahmudova

Aygün Mahmudova 2008-ci ildə tanınmış rejissor və aktyor Kənan M.M-lə ailə qurub. Cütlüyün 3 övladı var. Rejissor bir vaxtlar müğənni kimi fəaliyyət göstərən həyat yoldaşı Aygün Mahmudovanın efirdə görünməsini istəmir. Bir çox məşhurlar həyat yoldaşının karyera qurmasına icazə verməsə də, tədbirlərdə birlikdə iştirak edirlər. Rejissor həyat yoldaşına nəinki oxumağı qadağan edib, həmçinin tədbirlərdə  onu müşayiət etməsinin əleyhinədir. Kənan M.M hətta rejissoru olduğu "Gecə qonağı”, "Qayıdış” filminin təqdimat mərasiminə tək qatılmışdı. Cütlüyün boşanma ərəfəsində olduqları da deyilsə də, rejissor bu xəbərləri hər dəfə təkzib edir.

 

Tamilla Hüseynəliyeva

Müğənni Elton Hüseynəliyevin həyat yoldaşı Tamilla bir vaxtlar prodüserlik edib. Cütlüyün iki qızı var. Bir vaxtlar onların da boşandığı xəbərləri gündəmi zəbt etmişdi. Ayrıldıqları barədə xəbəri dəfələrlə təkzib edən Elton Hüseynəliyev hazırda ailəsi ilə birlikdə yaşadığını deyib. Deyilənlərə görə, müğənni həyat yoldaşı ilə barışdıqdan sonra daha onun çalışmasına icazə vermir. Həyat yoldaşını itirmək istəməyən Tamilla onun istəyi ilə razılaşmalı olub.

 

Firəngiz Rəhimbəyli

"Bəxt üzüyü” filmində Sevda rolu ilə məşhurlaşan Firəngiz Rəhimbəyli də ailəsini karyeradan üstün tutub. O, hazırkı həyat yoldaşı ilə Amerikada tanış olub. Aktrisa özü də etiraf edir ki, ailəsinə dəyər verən qadın ikinci dərəcəli məsələləri qurban verməlidir. O, seçimindən qətiyyən peşman deyil: "Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. Razılaşın ki, xoşbəxt ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Həyat yoldaşımla bərabər kino və şou-biznes ulduzlarının da olduğu çox geniş çevrəmiz var və yüzlərlə təklif alırdım. Lakin mən başqa bir yol seçdim və öz seçimimdən məmnunam”.

 

Sfera.az








OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...