No Image
No Image

“Karantin yumşaldıqca intihar halları da artacaq” - Psixoloq

“Karantin yumşaldıqca intihar halları da artacaq” - Psixoloq
"Karantin yumşaldıqca intihar halları da artacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında karantin məhdudiyyətlərinin uzanmasının intihar sayının artmasına rəvac verdiyi barədə deyilən fikrilərə münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib:

Sərt karantin rejimində insanların bütün diqqəti COVİD-19-dan qorunmağa yönəlmişdi.  İnsanlar həmin dövrdə daha çox çalışırdı ki, koronavirusa yoluxmasınlar. Karantin rejimi yumşalmağa doğru getdikdə, COVİD-19 həyatımızdan çıxdıqca isə, intiharlar, ailə daxili konflikt və zorakılıqlar, insanlardakı psixoloji narahatçılıq artmağa başladı. Bunun özünün də səbəbləri var”.

Həmsöhbətimiz qeyd etdi ki, virusla mübarizədə və müharibə dövründə insanların əsas diqqəti bu iki məsələyə yönəldiyindən, intihara meyllilik arxa plana keçmişdi:
 
"Çünki dünənə qədər bütün insanlarımızın diqqəti yoluxmamaq və sağ qalmağa yönəlmişdi. Eyni prosesi 44 günlük müharibə dönəmində də müşahidə etdik. Bu dövrdə də bütün diqqət müharibəyə, qələbə qazanmağa yönəldiyindən, intiharların sayı, ailə daxili konfliktlər də azaldı. Ona görə ki, müharibə zamanı da düşmənlə vuruşurduq, bu mənada COVİD-19-da düşməndir. Yəni bu prosesdə insanın bütün diqqəti xəstəliyə yönəldiyindən intiharlar və digər neqativ düşüncələrin hamısı arxa planda qalır. Lakin karantin yumşaldıqca, həyat əvvəlki halına qayıtdıqca intihar halları da intensivləşəcək”.

Psixoloq bildirdi ki, intihar hadisələri mətbuatda xüsusi çılpaqlığı ilə verilməməlidir:
 
"Bu məsələdə diqqətli olmaq lazımdır. Elə ölkələr var ki, bu cür xəbərlərin verilməsinə qadağa qoyulub.  Azərbaycanda isə nəinki xəbər verilir, hətta bu barədə tamam başqa istiqamətlərdə müzakirələr belə aparılır”.

Elçin
Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qara görə qiymətləri ceyran belinə qalxan təksilər VİDEO

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.   Sfera.az xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ict...

İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır. Sfer...

2012-ci ildən bəri Bakı belə qar görməyib - 12 saatdır dayanmadan yağır

"Bakının kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb”.   Bu barədə Sfera.az-a Bakı Şəhər İcra Hakimiyyətindən ...

“Karantin yumşaldıqca intihar halları da artacaq” - Psixoloq

"Karantin yumşaldıqca intihar halları da artacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında karantin məhdudiyyətlərinin uzanmasının intihar sayının artmasına r...

Polis cəriməsini yerində ödəməyən şəxsi bölməyə apara bilər? - VİDEO

Avtobusda maskanı çənəsinə endirib telefonla danışarkən, polis əməkdaşı Samir Cəfərova protokol yazıb. Daha sonra cəriməni yerində ödəmək tələb olunub. Samir bu...

Vilayət Eyvazov Sadiq Gözəlovu təltif etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı dire...