Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib

Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib
Xəbər verdiyimiz kimi, Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Memorandum çərçivəsində ilk layihə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan "İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyasıdır. Kampaniyanın kreativ tərəfdaşı Endorphin reklam agentliyidir.

Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq. Bununla bağlı regionlarda sorğu keçirilib (//www.youtube.com/watch?v=QBtbZTZNfUc). Video çarxda insanların verdiyi cavablar həqiqətən də bu problemin kökünün cəmiyyətin düşüncəsində necə kök saldığını göstərir. 

Yuxarıda sadalananlardan əlavə olaraq kampaniyanın əsas vizualları maraq kəsb edir. Kölgədə qız uşaqları olmasına baxmayaraq əsas görünən hissədə onların yoxluğu insanın emosiolarına toxunur və problemin dərin mahiyyətini izah edir. Həmçinin www.itirdiyimizqizlar.az saytı bir sıra statistik göstəriciləri özündə əks etdirir. 

Qeyd edək ki, 1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda doğulan uşaqların cins nisbəti bioloji normaya uyğun idi.  Dövlət Statistika Komitəsinin məlumatına görə, sonradan bu nisbət 1990-cı ildə hər 100 qız uşağına 107 oğlan, 2003-cü ildə isə hər 100 qız uşağına 118 oğlana qədər artmışdır. 2015-2017-ci illərdə isə bu göstərici bir qədər azalaraq 114-ə enmişdir. Oğlan uşaqlarına üstünlüyün verilməsi Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrin səciyyəvi komponentidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...