Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur

Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur
 

"Kapital Bank” koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbir həyata keçirib. Belə ki, havaların isti keçməsi və filiallara müştərilərin növbəli şəkildə buraxılması səbəbindən filialların önündə gündən qorunmaq üçün xüsusi çətirlər paylanılır.

Çətirlər həm müştərilərə fərdi şəkildə təqdim edilir, həm də onların toplaşdığı yerdə kölgə yaratmaq üçün xüsusi zonalarda quraşdırılıb. Bununla da küçədə gözləyən müştərilər günəşdən qorunmaq üçün bu vasitələrdən istifadə edirlər. Artıq bir sıra filiallarda bu yenilik tətbiq olunub və yaxın günlərdə digərlərində də olacaq. Bundan başqa, "Kapital Bank” vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar çəkib. Həmçinin bir sıra filiallarda müştərilərə gözləmək üçün çətirdən başqa, stullar təqdim olunur. Filiala daxil olan müştərilərdən maska taxmaq tələb olunur, onların hərarəti ölçülür və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edilir. "Kapital Bank” bu asan olmayan vəziyyətdə bir daha müştərilərə müraciət edərək ənənəvi bank əməliyyatları üçün filiallara gəlməməyi və rəqəmsal xidmətlərdən istifadəni tövsiyə edir. Artıq müştərilər bir sıra xidmətləri "BirBank” tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank” 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün "www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...