Kamil Musəvi Türkiyənin ən məşhur kriminal avtoriteti ilə — FOTO

Kamil Musəvi Türkiyənin ən məşhur kriminal avtoriteti ilə — FOTO
2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi Türkiyədədir.
 
Sfera.az "Ölkə.Az”-a istinadla xəbər verir ki, İstanbulda Sedat Pekerlə görüşüb və onunla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

K.Musəvi fotoya bu qeydi yazıb:
"Biz milli dəyərlərimizi təbliğ edir, onu inkişaf etdirir və dünyaya tanıdırq!ə. Sedat Peker milli geyimimizdə”.

Qeyd edək ki, 48 yaşlı S.Peker Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın lideri kimi tanınır. O, "silahı terror təşkilatı qurmaq”, "saxta sənəd hazırlamaq”, "adam öldürməyə təşviq etmək” və digər cinayət maddələri üzrə iki dəfə məhkumluq həyatı yaşayıb.
 

 


OXŞAR XƏBƏRLƏR