“Johnson&Johnson” şirkəti səhvini düzəltdi - FOTO

“Johnson&Johnson” şirkəti səhvini düzəltdi - FOTO
ABŞ-ın "Johnson&Johnson” şirkəti səhvini düzəldərək rəsmi tvitter səhifəsində separatçıları dəstəkləyən statusunu silib.
 
Sfera.az xəbər verir ki, şirkət tərəfindən müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi ilə bağlı yeni məlumat paylaşılıb.

Məlumatda deyilir ki, yardımlar Beynəlxalq Qırmızı Xaç Təşkilatı vasitəsi ilə paylanacaq.
 
"Johnson Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım etmişdi. 

Qeyd edək ki, şirkətin etdiyi paylaşımla bağlı dərhal Azərbaycanın ən böyük supermarketlər şəbəkələri"Grandmart”, Bolmart", BazarStore" və "Rahat Market” mağazalar şəbəkəsi "JohnsonJohnson" şirkətinə aid məhsulların satışını dayandırırdı. 
 
 



OXŞAR XƏBƏRLƏR