İyunda dəmiryolu ilə daşınan yüklərin dəyəri 200 mln. dollara çatıb

İyunda dəmiryolu ilə daşınan yüklərin dəyəri 200 mln. dollara çatıb
 

Cari ilin iyun ayında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 548,749 min ton yük daşınıb. 

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, daşınan yüklərin dəyəri 199,543 mln. ABŞ dolları olub.

Daşınan yüklərin 327,283 min tonu (151,593 mln. ABŞ dolları) idxalın, 221,465 min tonu (47,950 mln. ABŞ dolları) ixracın payına düşüb.

Ümumilikdə isə ilin ilk yarısında dəmiryolu nəqliyyatı vasitəsilə 3247,987 min ton yük daşınıb ki, bunun da dəyəri 1207,744 mln. ABŞ dolları olub.


OXŞAR XƏBƏRLƏR