İtkin hərbçilərin valideynləri Paşinyanla görüş tələb edir

İtkin hərbçilərin valideynləri Paşinyanla görüş tələb edir
Bu gün hərbi əsirlərin və itkin düşmüş hərbçilərin valideynləri Ermənistan hökumətinin binası qarşısına toplaşıblar.
 
Sfera.az news.am-a istinadla xəbər verir ki, etirazçılar Nikol Paşinyanla görüş tələb ediblər. Məhz bundan sonra hakimiyyət təmsilçiləri aşağı enərək onlarla danışıb, tələblərini dinləyiblər. Bununla belə, onlar təkidlə Paşinyanın onları qəbul etməsini istəyir.

Qeyd edək ki, valideynlərin bir hissəsi  aksiyanın mediada işıqlandırılmasına qarşı idilər, onlar iddia edirdilər ki,  problemləri mətbuatda işıqlandırılmadan da həll edilə bilər. Digərlər valideynlərsə məsələnin mediada işıqlandırılmasının leyhinə çıxış ediblər. İş o yerə çatıb ki, aralarında kiçik bir iğtişaş yaşanıb. Nəticədə aksiyanın mediada işıqlandırılmamasına qərar verilib.
 
Məsələ ondadır ki, hakimiyyət valideynləri inandırıb ki, məsələnin mitinq və KİV müstəvisinə çıxarılması onların övladlarının geri qaytarılmasına əngəl olur. Hərçənd ki, mitinqlərin uzun müddət keçirilməməsinə rəğmən, əsirlər hələ də qaytarılmayıb.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR