İtaliya Prezidentini təhqir edən 11 nəfər saxlanıldı

İtaliya Prezidentini təhqir edən 11 nəfər saxlanıldı
Sosial şəbəkələrdə İtaliya Prezidenti Serco Mattarellanı təhqir və təhdid edən 11 nəfər istintaqa cəlb edilib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, onlar dövlət başısının şərəf və ləyaqətini alçaltmaqda, nüfuzunu zədələməkdə, ona qarşı cinayət törətməyə təhrik etməkdə günahlandırılırlar. Şübhəlilər 44-65 yaş aralığında olan şəxslərdir. Hədə və təhqir mesajları 2020-ci ilin aprelindən 2021-ci ilin fevralınadək olan dövrdə paylaşılıb. Roma prokurorluğu onların mobil telefonları və kompüterlərini müsadirə edib.

Qeyd edək ki, bu, İtaliya hüquq-mühafizə orqanlarının prezidentə qarşı təhdid hadisəsi ilə bağlı ilk istintaqı deyil. Belə ki, 2018-ci ildə Palermo şəhər prokurorluğu Feysbukda Serco Mattarellanın ünvanına hədələr yazan 39 nəfər barədə araşdırma aparıb.


OXŞAR XƏBƏRLƏR