İsrailin Azərbaycandakı səfiri Mingəçevirdəki elektrik stansiyalarında - FOTOLAR

İsrailin Azərbaycandakı səfiri Mingəçevirdəki elektrik stansiyalarında - FOTOLAR
Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik Mingəçevirə humanitar səfər edib.
 
Sfera.az xəbər verir ki, səfir Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan” İES-də olub.

Qeyd edək ki, oktyabr ayı ərzində dəfələrlə Mingəçevir şəhərinə, ələlxüsus enerji obyektlərinə erməni silahlı birləşmələri tərəfindən dəfələrlə ballestik raketlər atılıb. Həmin raketlərin əksəriyyəti Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib və 2 ədəd raket hissəsi oktyabrın 4-də və 11-də "Azərbaycan” İES-in ərazisinə düşüb.

Səfir Corc Dik əvvəlcə "Azərbaycan” İES-in ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub. Sonra səfir stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub.

Səfər zamanı "Azərenerji” ASC-nin və stansiyaların mütəxəssisləri tərəfindən stansiyaların fəaliyyəti, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verilib.

Sonra səfir "Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...