\"İsgəndər-M”lə bağlı Rusiyanın cavabı nə olacaq? – “Deyəcəklər ki, guya 102-ci briqada keşikçiləri...”

\
Kremlin sözçüsü Dmitri Peskov "İsgəndər-M” raketlərinin qalıqlarının aşkar edilməsi mövzusunun Rusiya və Azərbaycan hərbçiləri arasında davam edən "sıx dialoqda” müzakirə edildiyini deyib.

Bu, sözügedən raketin ermənilər tərəfindən istifadə edilib edilməməsi ilə bağlı araşdırmanın baş tutacağı anlamına gəlir. Maraqlıdır, Rusiyanın yekun qənaəti nə olacaq?
 
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Sfera.az-a danışıb. Politoloq rusların reallığı etiraf etməyəcəyini bildirib:

"Çox güman ki, ruslar bir müddət gözə "kül üfürməklə" məşğul olacaqlar. Sonda isə böyük ehtimalla deyəcəklər ki, guya 102-ci briqada keşikçiləri ayıq-sayıq olmayıb buna görə də ermənilər "İsgəndər-M" raketinin bir neçəsini götürüb aparıblar. Yaxud da əvvəldən açıqlama verdikləri kimi deyəcəklər ki, belə bir şey olmayıb. Rusların nələr fikirləşəcəyini tam dəqiqliklə proqnozlaşdırmaq olmur. Amma istənilən halda reallığı etiraf etməyəcəklər".

Müsahibimizin sözlərinə görə, Rusiya tərəfi reallığı etiraf edərsə, bir yox, bir neçə şəxs çətin vəziyyətə düşəcək: "Rusiya beynəlxalq konvensiya imzalayıb. Beynəlxalq konvensiyada göstərilir ki, uçuş məsafəsi 280 kilometrədək olan ortamənzilli raketlərdən istifadə etmək olar. Onların istifadə etdiyi raketlər isə 500-600 km uçmağı bacarır və insanlıq üçün ciddi təhlükə yaradacaq gücdədir. ABŞ vaxtı ilə "İsgəndər-M" raketinin istifadəsini qadağan edib, görünən odur ki, Rusiya hələ də bu raketlərdən imtina etmir.
 
"İsgəndər-M” raketindən kim istifadəyə əmr verirsə, ona qarşı beynəlxalq səviyyədə cinayət işi açmaq olar. Bundan başqa koordinatı müəyyən edən, atəş açan şəxslər də məsuliyyət daşıyır. Raketin Azərbaycana qarşı istifadəsini göstəriş verən adam siyasi hakimiyətə malik olan adam olub. Beynəlxalq tribunal qarşısında ona qarşı cinayət işi açılmalı və bu işin tribunal işçiləri tərəfindən həlli ilə bağlı iddia qaldırılmalıdır".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...