İşədüzəltmə adı ilə camaatı aldadıb pullarını ələ keçirirlər – DİN-dən açıqlama

İşədüzəltmə adı ilə camaatı aldadıb pullarını ələ keçirirlər – DİN-dən açıqlama

Daxili işlər orqanları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə, aldatma yolu ilə onların əmlaklarının ələ keçirilməsi hallarına qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən "ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin cinayətkar dəstənin digər üzvləri – paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.

Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınmış və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək belə şirnikləndirici və ya şübhəli təkliflərlə, elanlarla rastlaşdıqları zaman bu barədə ilk növbədə hüquq-mühafizə, o cümlədən ərazi polis orqanlarına, Daxili İşlər Naziliyinin "102-Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri tövsiyə edilir.


OXŞAR XƏBƏRLƏR

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb.   DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a veril...

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

AFFA-nın prezidenti Rövşən Nəcəf Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə görüşüb.   ...

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Slovakiya Prezidenti Peter Pelleqrini “Pravda” nəşrinə müsahibəsində Baş nazir Robert Fitsonun yeni əməliyyata girməyəcəyini bildirib. Sfe...

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

E-poçt və mesajlardakı naməlum keçidlərə və rəqəmsal təhlükəsizliyinizi poza biləcək fayllara qarşı ehtiyatlı olun.   Sfera.az xəbər verir ki, bu bar...

Ruslar Xarkovda üstünlüyü necə əldə edirlər? – Zelenski AÇIQLADI

“Rusiya Silahlı Qüvvələri Kiyevdə hava hücumundan müdafiə vasitələrinin olmaması səbəbindən Xarkov vilayətini yarıb keçə bilib”.   Sfera....

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən ...