İşdən çıxarıldığını iddia edən kitabxanaçı ilə bağlı RƏSMİ AÇIQLAMA

İşdən çıxarıldığını iddia edən kitabxanaçı ilə bağlı RƏSMİ AÇIQLAMA
 Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Sfera.az-a verilən məlumatda belə deyilir. 

Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxana işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranıb.

Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 05 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilib. Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib.

Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur.

Onu da qeyd edək ki, Təranə Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...