İş tətili yenə uzadılacaqmı? - Aprelin 20-dən sonra ola biləcəklər hadqa AÇIQLAMA

İş tətili yenə uzadılacaqmı? - Aprelin 20-dən sonra ola biləcəklər hadqa AÇIQLAMA

"Bu məsələdə atılacaq növbəti addımlar vətəndaşların özlərini necə aparmasından asılıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda koronavirusa yoluxmanın artdığı bir vaxtda karantin müddətinin uzadılması mümkünlüyü ehtimalına toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib.


Karantin müddətinin uzadılmaması üçün həmsöhbətimiz insanları bu müstəvidə qoyulan tələblərə tam əməl etməyə çağırıb: "Azərbayanda koronavirusla bağlı təhlükə artsa təbii ki, karantin müddətinin uzadılması mümkün və vacibdir. Bunun baş verməməsi üçün isə insanlarımızın karantin rejiminə tam əməl etmələri mütləqdir. Vətəndaşlarımız karantin rejiminə əməl edərək evdə qalsa yəqin ki, karantin rejiminin uzadılmasına ehtiyac qalmayacaq. Bu məsələdə atılacaq növbəti addımlar vətəndaşların özlərini necə aparmalarından asılıdır. Hər halda dövlət səviyyəsində virus təhlükəsinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür. Kifayət qədər karantin tədbirləri həyata keçirilib. İnsanların çölə çıxmasını tənzimləmək üçün onlar arasında SMS xidməti həyata keçirilr”.


A. Qeybullanın fikrincə, karantin rejimilə yanaşı sosial müdafiə tədbirlərinin gücləndirilməsilə virusla bağlı prosesi nəzarətə götürmək mümkün olacaq: "Bütün bunlarla yanaşı təbii ki, sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac var. İnsanların maddi durumu getdikcə pisləşir. Fikrimcə, bu kimi sosialyönümlü məsələlər də öz həllini tapsa, yəqin ki, karantin rejimi çərçivəsində aprelin 20-dən başlayaraq situasiyanın enmə xətti üzrə gedəcəyinin şahidi ola bilərik”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...