İş otağında güllələnən vəkil xəstəxanada öldü - Qatil iş adamıdır?

İş otağında güllələnən vəkil xəstəxanada öldü - Qatil iş adamıdır?
 

10:24

Tanınmış hüquqşünas Firudin Ələkbərli bu gün səhər saatlarında Tovuzda baş verən silahlı insident zamanı yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.

Cinayətdə günahlandırılan "Göl Əli" ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. Təqsirləndirilən şəxs hadisədən sonra polisə təslim olub. 

----------
10:10

Tovuz rayonunda güllələnən keçmiş vəkil dünyasını dəyişib.

 Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

---------
09:58

Tovuz rayonunda tanımış vəkilin güllələnməsinin bəzi detalları məlum olub. 

  Sfera.az xəbər verir ki, vəkil Firudin Ələkbərlini rayonda "Göl Əli" kimi tanınan şəxsin vurduğu bildirilir.

 

İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb.

F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz Rayon Rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.

Qeyd edilir ki, "Göl Əli" ilə vəkil arasında bir müddətdir narazılıq yaranıb. Hadisənin məhz bu narazılıqdan qayanaqlandığı ehtimal edilir.

----------
09:43

Tovuz rayonunda tanımış vəkil güllələnib.

Sfera.az  baku.ws-ə istinadən xəbər verir ki, vəkil Firudin Ələkbərli rayonun mərkəzində odlu silahdan güllələnib.

Vəkil təcili xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR