İş adamından ayrılan Aygünün paylaşımı gündəm oldu: “And içirəm, səni məhv etmədən ölməyəcəm”

İş adamından ayrılan Aygünün paylaşımı gündəm oldu: “And içirəm, səni məhv etmədən ölməyəcəm”
Məşhur iş adamı Hakan Sabancı ilə sevgili olmuş türkiyəli aktrisa Aygün Aydın yeni qalmaqalla gündəmə gəlib.

Sfera.az bildirir ki, aktrisa ötən həftə sosial şəbəkə hesabında 3 aylıq hamilə olduğunu irəli sürüb. İş adamı isə haqqında ard-arda paylaşımlar edən Aygünü məhkəməyə verərək uzaqlaşdırma qərarı alsa da, buna əməl etməyərək paylaşımlara davam edib və o, 3 günlük həbs olunub.

Lakin Aygün Aydın həbsdən çıxdıqdan sonra yenə Hakan Sabancını hədəf alıb. "Sənin pis olduğunu görmədən ölməyəcəm. Necə ki məni qatillərin arasına atıb öldürməyə çalışdın, and içirəm, səni məhv etmədən bu dünyadan köçüb getməyəcəm. Hisslərimlə oynayıb məni hamilə qoyanda hər şey yaxşı idi. Hər kəs öyrənəndə narahatmı oldun? Öz uşağına sahib çıxmayan adam əlbəttə, vəkil ordusu ilə hücum edib ailəsinin maddi gücünün arxasında gizlənəcək”, - deyə Aydın sosial şəbəkə hesabında qeyd edib.

Aydın bu gün sabah saatlarında yenidən dalbadal paylaşımlar edib. Digər tərəfdən Hakan Sabancı məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Məlumata görə, iş adamı hazırda yeni sevgilisi Dilan Sakar ilə istirahət edir. 

Türkan

OXŞAR XƏBƏRLƏR