\"İrşad Electronics\"dən adı şok dələduzluq olayında: Alıcıya 2894 manata köhnə telefon satdılar

\
 
"İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.

Sfera.az aznews.az-a istinadla xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, 20 yanvar küçəsi ev 70, mənzil 12 ünvanında yaşayan Çələbiyev Tofiq Fuad oğlu quruma məktub ünvanlayıb və onlardan yardım istəyib.

Şikayətçi məktubunda qeyd edib ki, 24.04.2019-cu il tarixində Bakı şəhəri Nəsimi ray. H.Əliyev, 2 mkr 3224-cü ünvanında yerləşən "İrşad Electronics” mağazasından "İphone XS Max Space Gray 256 gb” markalı telefon almaq üçün müraciət edib:

"Satıcıya bu telefonun 2 sim kartlı (dual) versiyasını istədiyimi bildirdim. O, mənim istəyimə uyğun belə təzə telefon olduğunu bildirdi və öz dediyinə görə açılmamış qutuda telefonu mənə təqdim etdi. Çox tələsdiyim üçün kartla 2849 AZN ödəyib telefonu aldım. Bundan əlavə 20 AZN ödəyib yerindəcə telefona qoruyucu üzlük çəkdirdim. Satıcıya inandığım və tələsdiyim üçün telefonun heç bir funksiyasını yoxlamadım.Telefonun funksiyalarını yoxlamaq üçün işə salanda gördüm ki, telefon yalnız 1 sim kartı dəstəkləyir. Məlum oldu ki, satıcı məni aldadıb, telefon mənim tələbatımı ödəmir, çünki 1 sim kartlı telefon özümdə var. Gec olduğundan məcbur olub 25.04.2019 tarixdə telefonu götürüb mağazaya getdim, telefonun dəyişdirilməsini xahiş etdim. Satıcı səhv etdiyini etiraf etdi və telefonumun dəyişdiriləcəyini bildirdi. Lakin şərt qoydu ki, mütləq telefona rəy vermək üçün texniki servisə aparılmalıdır. Dərhal Xocalı pr. ev 42 (Xətai m.s yanı) ünvanında yerləşən servisə getdim.Telefonu servisə təqdim etdim. Mühəndis əlində müxtəlif üsullarla telefona baxdıqdan sonra telefonda karkasın aşağısında çox çətinliklə görünən rəng qopuğu olduğunu bildirdi. O, telefonu dəyişməsinin mümkünsüz olduğunu deyərək bu barədə rəsmi texniki rəy verdi. Mən telefonda qətiyyən istifadə etmədiyimi və qoruduğumu bildirsəm də o, nöqtə ölçülü rəng qopuğunu əsas gətirdi. Qərara gəldim ki, rəng qopuğunu satıcı və ya servis edib, ya da telefon mənə satılmazdan öncə aktiv edilib. 26.04.2019 tarixində imei24.com saytına daxil olaraq telefonun seriya nömrəsi vasitəsi ilə 23.04.2019 tarixində aktiv edildiyini müəyyən etdim. Mənə təzə adı ilə satılmış telefon öncədən aktiv edilmişdir və mənim istehlakçı hüququm pozulmuş, məni aldatmışlar”.

Şikayətçi Azad İstehlakşılar Birliyindən onun hüququnun qorunmasını xahiş edir: "Telefon ya tələbatımı ödəyən təzə telefonla dəyişdirilsin ya da ödədiyim 2849 azn geri qaytarılsın. Bu barədə dövlət orqanlarına məlumat verilsin. Lazım gələrsə, telefon dövlət orqanları vasitəsi ilə ekspertizaya göndərilsin”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən yüksək pensiya Bakı sakinlərinə verilir - RƏQƏMLƏR

Azərbaycanda ən yüksək pensiya Bakı sakinlərinə verilir.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, paytaxtda 381 221 nəfər pensiya alır və...

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in "X&...

Daşkəsənə dolu düşdü - FAKTİKİ HAVA

Mayın 17-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidm...

Bağçalara elektron qəbul sistemi üzrə növbələrin yaradılması DAYANDIRILIR

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.   Bu barədə Sfera.az-a Məktəbəqə...

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

2023-cü il Kapital Bank üçün necə yadda qaldı?   Fərid Hüseynov: Təşəkkür edirəm, 2023-cü ildən danışsaq deməliyəm ki, hər şeydən öncə biz 2021-2023-...

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini ela...