İrəvanda xəsarət alanlardan biri yaddaşını itirdi

İrəvanda xəsarət alanlardan biri yaddaşını itirdi

İrəvanda elektrik enerjisinin tariflərinin artımına etiraz olaraq keçirilən aksiyanın dağıdılması zamanı xəsarət alan şəxslərdən biri yaddaşını itirib. 

ANS press-in epress-ə istinadən verdiyi məlumata görə, 40 yaşlı şəxsi ağır kəllə-beyin travması ilə tibbi mərkəzə çatdırıblar. "Polislər onu o qədər döyüblər ki, yaddaşını itirib. Adını yadına sala bilmir", - deyə hetq.am-ın müxbiri Ani Ovanisyan bildirib. 

Bundan başqa bu gün səhər saatlarından etibarən polisin aksiyanı dağıtması nənitəcəsində xəsarət alanlardan biri də İrəvanın Müasir İncəsənət Universitetinin direktoru Nazaret Karoyan da xəsarət alıb. Ümumilikdə İrəvanın Azadlıq meydanında elektrik enerjisinin tariflərinin artırılmasına etiraz edən şəxslərin aksiyasının dağıdılması zamanı 18 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Aksiyaya qatılanlardan 237-si həbs edilib. Aksiyanı lentə alan Qalatv, epress və Azadlıq radiosunun İrəvan bürosunun jurnalistlərə qarşı təzyiq olub. Onların kameraları əllərindən alınıb. 

İrəvanın Azadlıq meydanına giriş qadağan edilib. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...