“İrəli” İctimai birliyinin sədri yaşlı deputatı təhqir etdi: “AXSAQ…”

“İrəli” İctimai birliyinin sədri yaşlı deputatı təhqir etdi: “AXSAQ…”

"İrəli” İctimai birliyinin sədri Mirhəsən Seyidov sosial şəbəkələrdə birmənalı qarşılanmayan fikirlər səsləndirib.


Sfera.az-ın məlumatına görə, facebook hesabı üzərindən yaşlı deputatlardan birini aşağılayan "İrəli” sədri nədənsə hədəfə aldığı deputation adını çəkədən ümumi sözlərlə kifayətlənib:

 

"Bakının mərkəzi küçələrinin birində axşam çağı yürüşə çıxdım.Bir də gördüm, özünü buraxan V Çağırış Milli Məclisin yaşı 70i keçən deputatlarından biri, yanındakı bir dostunun qoluna girib gəzmək üçün dəstək alır. Əməlli bir tərəfi üstündə gəzir. Düzdür də, axı bu məclisin kreslosu oturmaq üçündü, orda gəzməyə nə iş ?! Camaat indi seçki qərargahında iş aparır, dislokasiya xəritələri hazırlanır, marketinq planı üzərində əlləşir, status yazıb komanda yığır, vətəndaşa çatmağa çalışır, başa düşüb ki hər şey sosial şəbəkədən ibarət deyil. Müəllim də yenidən namizəd qismində xalqın arasına çıxıb desin ki, "deputat olmaq üçün, özünü burax düyməsinə basmaq lazımdır”.

 

Xatırladaq ki, Mirhəsən Seyidov öncə növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etsə də mandat əldə etməsinin mümkünsüzlüyünü anladıqdan sonra iddiasından geri çəkilib. İndi görünür, "İrəli” sədri küskünlüyünü yaşlı bir şəxsi aşağılamaqla ifadə etməyə çalışıb. Amma unutmayaq ki, bu "özünüifadə tərzi” heç də qəbuledilən deyil.


 


Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...