No Image
No Image

İraqda 60 İŞİD terrorçusu məhv edildi

İraqda 60 İŞİD terrorçusu məhv edildi
İraqın antiterror xüsusi xidmət orqanları tərəfindən ölkənin şimal-şərqində yerləşən Hamrin dağlarında keçirilən əməliyyat zamanı 60 İŞİD terrorçusu zərərsizləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri Baş komandanının mətbuat katibi Yəhya Rəsul məlumat verib.

Martın 9-dan bəri iki həftədir ölkənin şimalındakı dağlıq Mahmur bölgəsində terrorçulara qarşı əməliyyat keçirilib və bu müddət ərzində silahlıların istifadə etdiyi 120 mağara və digər obyektlər məhv edilib, 27 terrorçu zərərsizləşdirilib.

Mətbuat katibinin sözlərinə görə, Mahmur bölgəsindəki xüsusi əməliyyatlar nəticəsində silahlılar Hamrin dağlarına köçüb. Terrorla mübarizə rəsmiləri hərəkətlərini izləyib, yeni silahlı sığınacaqlar tapıb və məlumatları Hava Qüvvələrinə ötürüb. Martın 25-i isə həmin mövqelərə İraq HHQ tərəfindən zərbələr endirilib.

"Bu gün, 7 aprel 2021-ci il tarixində məhz bu zərbələr nəticəsində 60 terrorçunun məhv edildiyini təsdiqləyirik”,- deyə açıqlamada əlavə olunub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyədə yoluxmaların 85 faizi “Britaniya ştammı”dır

Türkiyədə COVID-19 infeksiyasına yeni yoluxmaların 85 faizində "Britaniya ştammı" aşkarlanıb. Sfera.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrədd...

Türkiyədən Rusiyanın qərarı ilə bağlı AÇIQLAMA

Rusiyalı həmkarımla iki dəfə görüşmüşdüm. Sfera.az xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Rusiyanın koronavirusa yoluxma hallarının ar...

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, o, m...

İranda Ramazan ayı ilə bağlı məhdudiyyətlər açıqlandı

İranda Ramazan ayında dini ayinlərin keçirilməsi üçün xüsusi göstəriş verilib. Sfera.az-ın məlumatına görə, bunu İranın səhiyyə naziri  Səid Nəməki b...

Rusiya Türkiyəyə olan çarter reyslərini dayandırdı - QƏRAR

Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib. Sfera.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb. ...

Parisdə atışma, bir nəfər öldü

Fransanın paytaxtı Parisin 16-cı dairəsində Anri Dünan xəstəxanası yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər ölüb. Sfera.az xəbər veri...