İranın mühasirə dairəsi daralır: TEHRAN XİLAS ÜÇÜN HANSI PLANLARI İŞƏ SALA BİLƏR?

İranın mühasirə dairəsi daralır: TEHRAN XİLAS ÜÇÜN HANSI PLANLARI İŞƏ SALA BİLƏR?
 

"Nüvə fəaliyyətinin rəsmiləşdirilməsi İrandakı rejimin sonu demək olacaq”


Sfera.az-a açıqlamasında bu sözləri İranın zənginləşdirilmiş uran istehsalının həcmini 4 dəfə artırmaq qərarına münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

 

"Bildiyiniz kimi, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişilə Ağ Ev İranla bağlanan nüvə sazişindən birtərəfli qaydada çıxdı. Bunu daonunla əsaslandırdılar ki, İran regionda terrorçuları dəstəkləyir, gizli olaraq nüvə proqramını davam etdirir. Ardınca Tramp adminstrasiyası İrana qarşı sanksiyalar tətbiq etdi. Sonda bu fonda cərəyan edən gərginlik müharibə ehtimalını da gündəmə gətirdi. ABŞ-ın mayın əvvəlindən başlayaraq İranın metalurgiya, alüminium sənayesinə də sanksiya tətbiq etdi. Ardınca gördüyümüz kimi, İran nüvə sazişini 60 il ərzində dayandıracağı və uranızənginləşdirəcəyini élan etdi. Təbii ki, Tehranın bu addımına Rusiya prezidenti Vladimir Putin də etiraz edərək bildirdi ki, həmin sazişdən çıxmaqla İran özünün günahkar olduğunu ortaya qoyacaq. Hazırda İran regionda aqressiv siyasət həyata keçirir və ABŞ-la, İsraillə hərbi toqquşma müstəvisindədir. Vaşinqton bu müstəvidə İrandakı rejimi dəyişmək üçün əməli fəaliyyətə keçib. Bu müstəvidə də ABŞ özünün təyyarə daşıyan gəmiləri, esminoslarını, uzaqvuran balistik raketlərini Fars körfəzində yerləşdirib. İran isə müqavilədə nəzərdə tutulduğundan 4 dəfə artıq zənginləşdirilmiş uran istehsalı həyata keçirəcəyini bəyan edir. Belə olan halda bu günə qədər prosesdə neytral qalan Avropa da İrana qarşı sanksiyalara qoşula bilər. Hətta onlar İrana qarşı hərbi müdaxiləni də dəstəkləyə bilərlər”.

 

Ekspert hesab edir ki, İran özünü xilas etmək üçün mütləq ABŞ-la pərdəarxası danışıqlara getməlidir: "Tramp da bir neçə dəfə buna işarə vurub. İranın uranı zənginləşdirmək niyyəti hərbi qarşıdurmanı istər-istəməz qaçılmaz edəcək. Körfəzdəki ərəb dövlətləri ABŞ-ın dəstəyilə İrana qarşı hərbi əməliyyatlara başlaya bilərlər. Səudiyyə Ərəbistanı kralı Ərəb Dövlətləri Şurasını çağıraraq İrana qarşı mümkün müharibə planını müzakirə ediblər. ABŞ isə İraqın Bəsrə şəhərindəki neft şirkətlərində işləyən vətəndaşlarını oradan çıxarıb. Bundan əlavə, müəyyən təxribatlar da həyata keçirilir. Tankerlərə hücum təşkil olundu.Təbii ki, bunlar provokasiyadır və İrana qarşı mümkün hərbi müdaxiləni həyata keçirmək üçün ssenariləşdirilmiş bir oyundur. İran ABŞ-la danışıqlara getməli, iki dövlətin marağına uyğun razılığa gəlməlidirlər. Bunun əvəzində, nüvə fəaliyyətinin rəsmiləşdirməsinə gedilməsi, İrandakı rejimin dəyişməsilə nəticələnəcək”.

 

Qeyd edək ki, İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi Tehranın bu gündən başlayaraq az zənginləşdirilmiş uranın (3,67 faiz) istehsal həcmini 4 dəfə artıracaqlarını bəyan edib. Xatırladaq ki, 2015-ci il iyulun 14-də Vyanada İranla 6-lıq ölkəsi arasında bağlanan sazişə görə, Tehrana yalnız 3,67 faizə qədər 300 kiloqram zənginləşdirilmiş uran istehsalına və ondan ancaq dinc məqsədlər üçün istifadə etməyə icazə verilirdi. ABŞ-ın həmin sazişdən çıxmasından sonra indi İran da yenidən uranın zənginləşdirilməsi yolunu tutmaq qərarına gəlib. Hansı ki, bu addım regionda onsuz da gərgin olan durumu daha da kəskinləşdirə bilər.

Elçin


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...