İranın Ermənistana dəstək verməsinin səbəbi bu ölkədir - Şeyx Tüfeyli

İranın Ermənistana dəstək verməsinin səbəbi bu ölkədir - Şeyx Tüfeyli
"O vaxt (1990-cı illərin əvvəllərində) İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. Niyə müsəlmanlara qarşı xristian erməniləri dəstəkləyirsiniz, deyə soruşdum. Mənə verdiyi cavab belə oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk respublikaları ilə Türkiyə arasında maneə yaradır”.

Sfera.az xəbər verir ki, bu sözləri Hizbullahın ilk baş katibi və qurucusu Şeyx Sübhi Tüfeyli İranın Ermənistanı dəstəkləməsi haqda danışarkən deyib.
 
"Ona görə də biz Ermənistanı dəstəkləyərək güclənəcəyik ki, Türkiyənin yolu kəsilmiş olsun. O dövrdə Azərbaycan müstəqilliyini yeni əldə etmişdi və orada İsrail deyə bir şey yox idi. İran mediası və siyasətçiləri Ermənistanın işğalına dəstək verirdilər. Elə Ermənistanın baş naziri "İranın dəstəyi olmasaydı, 1990-cı illərin əvvəllərində Ermənistan ordusu məğlub olardı” dedi. Hətta Azərbaycanın işğalı üçün Ermənistana hərbi və maddi-texniki dəstək göstərilirdi", - deyə Tüfeyli bildirib.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR