İrandan gələn yük qatarları dezinfeksiya edilir

İrandan gələn yük qatarları dezinfeksiya edilir
 "Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir. 

Sfera.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır. 

Səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin dezinfektorları İrandan ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə aparılır. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları”nda xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının "qaynar xətt"i (012 499 61 11) fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...