İranda bir həftədə 15 nəfər qripdən ölüb

İranda bir həftədə 15 nəfər qripdən ölüb
 

Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.

Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir.

Qrip nəticəsində ən çox ölüm halları Tehran, Mazandaran və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR