No Image
No Image

İran XİN başçısı Azərbaycana səfər edəcək

İran XİN başçısı Azərbaycana səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. 

Sfera.az xəbər verir ki, bu barədə M.Zərif İran Nazirlər Kabinetinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 

"Gələn həftə planlarımız yaxşı gedərsə və koronavirus testimizin cavabı neqativ çıxarsa, Qafqaza və Rusiyaya səfər etməyi düşünürəm" deyən İran XİN başçısı bildirib ki, səfərlərin tarixləri artıq müəyyənləşib.

Onun sözlərinə görə, Türkiyə ilə də danışıqlar aparılır: "Dünən gecə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə səmərəli telefon danışığım oldu".

"Fikrim budur ki, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər edim”,-deyə Cavad Zərif əlavə edib.
 
(apa)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın təkrar müraciətini imzalamayıb. Sf...

Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etdi

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın tə...

Bayden Qorbaçovu təbrik etdi

ABŞ prezidenti Cozef Bayden keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu 90 illik yubileyi münasibəti ilə təbrik edib. Sfera.az  "RİA N...

Sarkisyan Edmon Marukyan ilə görüşdü

Ermənistan prezidenti Armen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan arasında görüş olub. Sfera.az "Sputnik Armeni...

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verdi

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birg...

Ermənistan parlamenti Azərbaycanla bağlı bəyanat hazırlayır

Ermənistan parlamenti Azərbaycanla bağlı bəyanat hazırlayır. Ermənistan KİV-i xəbər verir ki, layihə Azərbaycanın erməni diversantları qaytarmadığı üçün t...