No Image
No Image

İran silah daşınmasına icazə verməyib – İran XİN mətbuat katibi

İran silah daşınmasına icazə verməyib – İran XİN mətbuat katibi
 İran Dağlıq Qarabağ münaqişəsində heç kimə silah daşımağa icazə verməyib.

Sfera.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, İran bu münaqişə, ümumiyyətlə heç bir münaqişəyə etinasız olmayıb.

Xətibzadə əlavə edib ki, İran münaqişələrin sülh yolu ilə həll edilməsinə çalışır.

"Münaqişələrin son həll yolu hərbi həll yoludur. Bütün tərəflər təxminən 30 ildir davam edən bu münaqişənin həlli yolunu tapa bilərlər”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Rusiyaya səfərinin təxirə salınmasına münasibət bildirən İran XİN rəsmisi deyib ki, Ermənistan Xarici İşlər Nazirliyində baş verən dəyişikliklərə görə, bu səfər sadəcə Rusiya və Azərbaycana baş tutacaq:

"İran dövlətinin gələnilki büdcəsi ilə əlaqədar bütün hökumət üzvlərinin səfərləri təxirə salınıb. Bu səbəbdən İran xarici işlər nazirinin də səfəri təxirə salındı. Səfərlə əlaqədar proqram hazırlanacaq.

Bu səfərin əsas mehvəri Qarabağ böhranı olacaq. Əlbəttə İranın bu ölkələrlə strateji münasibətləri var. İranın Azərbaycanla münasibətləri inkişaf etməkdədir. İran və Azərbaycanın münasibətləri tarixi səviyyədədir və İran bu münasibətlərin daha da yüksəldilməsinə çalışır”.

Xətibzadə əlavə edib ki, İranın siyasəti yaxşı qonşuluq münasibəti üzərindədir. İran region ölkələri arasında problemlərin həll edilməsinə və qonşu ölkələrlə bərabər münasibətlərə sahib olmağa çalışır. Bu arada bəzi ölələrlə dərin tarixi ortaqlıqlar yüksək əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR

Bu qurumun üzvlərinə xidməti pasport verilməyəcək - FƏRMAN

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin üzvləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb. ...

"BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi" - Adil Əliyev

"Müharibədə məğlub olan Ermənistan uzun illər ödəməli olacağı borca düçar olmaqla yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü k...

Azərbaycandakı siyasi partiyalardan Senata etiraz

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar...

Ermənistanın ağır məğlubiyyəti və Rusiya silahlarına azalan maraq... – Hərbi ekspertdən ŞƏRH

Azərbaycanın apardığı azadlıq müharibəsində Ermənistanın ağır məğlubiyyəti həm də onun ordusunun mənsub olduğu Rusiya istehsallı silahların keyfiyyəti məsələs...

“Daha dəqiqləşmiş sənəd imzalanacaq” - Qarabağla bağlı qalmaqallı iddialara son qoyulur?

Xəbər verdiyimiz kimi Türkiyənin Rusiya Araşdırmaları İnstitutunun rəsmi "Twitter” səhifəsində Dağlıq Qarabağda ermənilərin yaşadığı bölgəni Rusiyanın idarə edə...

Ərdoğan Kəlbəcərdən DANIŞDI

"Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına qatqımız oldu. Erməni işğalı sona çatdı və problemin həlli istiqamətində ümidlər ilk dəfə artdı. Dünə...