“İran qollarını ona görə çırmalayıb ki...” – Bakıdan sonra Moskvaya uçan Zərif nəyə nail olmaq istəyir?
11:51 / 26.01.2021
2104
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün iranlı
həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək. Görüşdə əsas müzakirə mövzularından
birinin də Dağlıq Qarabağ məsələsinin olacağı bildirilir. Xatırladaq ki, İran
XİN rəhbəri bir gün öncə Bakıda səfərdə olmuş və rəsmi şəxslərlə müxtəlif səviyyəli
görüşlər keçirmişdi.
Maraqlıdır, Məhəmməd Cavad Zərifin Rusiya səfərindən
umacaqları nədir. İki qonşu ölkə Qarabağla bağlı hansı məsələni müzakirə edə
bilər?
Politoloq Natiq Miri sözügedən görüşdən gözləntiləri
ilə bağlı Sfera.az-a danışıb. O hesab edir ki, indi İranın başlıca hədəfi ABŞ
sanksiyalarını kompensasiya etməkdir və Zərifin səfərlərini də bu aspektdən dəyərləndirmək
lazımdır:
"İranın xarici işlər naziri Məhəmməd Zərifin
region ölkələrinə səfəri bir növ əməkdaşlıq kontekstində baş verir. Zərifin
Rusiya,Türkiyə və Ermənistana səfəri nəzərdə tutur ki, bu da Vətən müharibəsindən
sonra regionda tamamilə fərqli geosiyasi mənzərənin yaranmasından formalaşan
bir şəraitdir və İran bundan istifadə etmək istəyir.
Bundan başqa, Türkiyə
prezidenti Ərdoğanın regional əməkdaşlıq formatında platforma təşəbbüsü var ki,
təbii olaraq İran da bundan yararlanmaq niyyətindədir. ABŞ-ın sanksiyalarından
böyük zərər görən İran bu regional əməkdaşlıq formatında itkilərini
kompensasiya etməyi düşünür. Digər tərəfdən, regionda yeni kommunikasiya
sistemləri fəaliyyətə başlayır. Bu da həm ticari, həm də iqtisadi yöndə İrana böyük
qazanclar vəd edir. Söhbət Şimal, Cənub dəhlizi, eyni zamanda Şərq və Qərb dəhlizindən
gedir".
Politoloq İran tərəfinin yaranmış yeni situasiyaya
adaptasiya olmaq cəhdlərində bulunduğunu düşünür:
Sfera.az
Əzizə Zeynal