İran hərbi təlimləri gözlənilmədən başa çatdırdı – 3 ölü, çox sayda yaralı…

İran hərbi təlimləri gözlənilmədən başa çatdırdı – 3 ölü, çox sayda yaralı…
İran ordusunun Azərbaycanla sərhədlərin yaxınlığında keçirdiyi "Xeybər fatehləri” genişmiqyaslı təlimləri zamanı üç hərbçinin öldüyünü, bir neçəsinin yaralandığını İsrail hərbi qaynaqları da təsdiq edir. virtualaz.org xəbər verir ki, İsrail Ordu Radiosu ötən gün oktyabrın 3-də bu haqda bildirib.

"İran vertolyotunun  Tehranın Azərbaycanla gərginlik fonunda iki ölkə sərhədləri yaxınlığında keçirdiyi "Xeybər fatehləri” təlimləri zamanı buraxdığı raketlə 3 İran hərbçisi ölüb”, - məlumatda deyilir.

Xatırladaq ki, təlimlər zamanı İran vertolyotunun səhvən endirdiyi raket zərbəsi zamanı bir neçəsi ağır olmaqla azı 14 əsgərin yaralandığı haqda xəbərlər daha əvvəl sosial şəbəkələrdə yayılmışdı.

Lakin İran ordusunun şimal-qərb regionundakı qərargahının komandanı, briqada generalı Əli Hacilo bu məlumatları təkzib edib, bildirib ki, manevrlər uğurlu olub və onun gedişində heç bir əsgər həlak olmayıb, yaralanmayıb.

Bu arada sosial şəbəkələrdə ötən gün İran ordusunun təlimlərə cəlb edilmiş hissələrinin təlim bölgəsini tərk etdiyinə dair videogörüntülər də yayılıb. Bəzi məlumatlara görə təlimlər nəzərdə tutulduğu vaxtdan tez yekunlaşıb.

İran ordusu bu təlimlərə əksəriyyəti ötən əsrin 60-70-ci illərində istehsal olunmuş çoxsaylı hərbi texnika və silahlar çıxarmışdı. "Azadlıq” radiosunun fars xidməti qeyd edirdi ki, təlimlər ötən əsrin 60-cı illərinin müharibə ssenarisi üzrə keçirilir.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...