“İran bu təlimlərdən niyə narahat olsun ki…” - Açıqlama

“İran bu təlimlərdən niyə narahat olsun ki…” - Açıqlama
Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə "Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.

Maraqlıdır, bu təlimlərin keçirilməsi nədən xəbər verir? Təlimlər son günlər münasibətlərin gərginləşdiyi İranda yeni qıcıq yarada bilərmi? Təlim mərkəzi kimi Naxçıvanın seçilməsi nəyə hesablanıb?

Sualları Sfera.az-a cavablandıran politoloq Əlimusa İbrahimov müharibə təhlükəsi olduğu halda hərbi təlimlərin keçirilmə zərurətindən bəhs edib. Siyasi ekspert təlimlərin bir həftə çəkə biləcəyini vurğulayıb:

"Təlimlərin neçə gün davam edəcəyi haqda məlumat verilməsə də iştirak edən qoşun növlərinin sayına əsasən 5-7 gün çəkəcəyini proqnozlaşdırmaq olar.
Naxçıvandakı təlim müxtəlif növ Azərbaycan silahlı qüvvələrinin son iki ayda iştirak etdiyi 5-ci təlimdir və ilin sonuna qədər bu təlimlər seriyasının davam etdirilməsi gözlənilir.

Son təlimin Naxçıvanda təşkil olunması isə Ermənistanla sərhəd bölgəmizin müdafiə sisteminin daha da gücləndirilməsi məqsədi güdür. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, hərbi təlimlər əksər hallarda bu və ya digər dövlətin müdafiə qüdrətinin artırılması, yeni bilik və bacarığın mənimsənilməsi, qabaqcıl hərbi texnikanın istifadəsinə yiyələnmək məqsədi ilə həyata keçirilir və müharibə təhlükəsi gözləyən ölkələr və ya koalisiyalar tez-tez bu təlimlərdən istifadə edirlər.

Azərbaycan da daim Ermənistan tərəfindən müharibə ilə təhdid olunmasını əsas götürərək qardaş və müttəfiq ölkələrlə birlikdə müxtəlif miqyaslı və istiqamətli hərbi təlimlər təşkil edir. "TürkAz Şahini - 2021”, "Üç Qardaş-2021”, "Sarsılmaz qardaşlıq -2021” kimi təlimlər məhz bu qəbildəndir".
 
Politoloq Azərbaycan-Türkiyə təlimlərindən məkrli plan quran dövlətlərin narahat ola biləcəyini deyib:

"Azərbaycanın iştirakçısı və təşkilatçısı olduğu bu hərbi təlimlərin yalnız müdafiə xarakteri daşıdığı xüsusilə qeyd olunmalıdır və heç bir ölkəyə qarşı çevrilmədiyi vurğulanmalıdır. Eyni halda həm region , həm də digər dövlətlərin bu təlimlərdən narahat olmasına əsas yoxdur. Bu təlimlərdən yalnız və yalnız Azərbaycana qarşı məkrli planlar quran ölkələr narahat olmalıdır.

İrana gəldikdə, onun öz ölkəsi daxilində, yaxud daxili sularında hərbi təlimlər keçirməsi də onun öz işidir. İranda keçirilən hərbi təlimlər qonşu ölkələri narahat etmədiyi kimi, qonşu ölkələrdə keçirilən təlimlər də İranı narahat etməməlidir. Azərbaycan müstəqil dövlət kimi ərazisinin istədiyi və uyğun bildiyi guşəsində hərbi təlim keçə, müdafiə qüvvələri yerləşdirə, hərbi baza qura bilər".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...