\"İran Azərbaycana qarşı əsassız ittihamlara görə üzr istəməsə...\" - SƏRT AÇIQLAMA

\
Son günlərdə Azərbaycana qarşı açıq böhtan və təhdidlər nümayiş etdirən İran məsələsi gündəmdən düşmür. Prezident İlham Əliyev də bir neçə dəfə  öz çıxışlarında İranla yaşanan gərginliyə münasibət bildirib. Eyni zamanda, ötən günlərdə İran tərəfinin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasındakı telefon danışığında iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
 
Maraqlıdır, İran-Azərbaycan arasındakı gərginlik nə zaman sona çatacaq? Rəsmi Tehran öz səhvini başa düşərək gərginliyi aradan qaldıracaq addımlar ata bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov xatırladıb ki, İranın mollasından tutmuş, bəzi millət vəkilləri, parlament üzvlərinə qədər - rəsmi şəxsləri tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib:

"İran Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən sonra bölgədə yaranmış yeni reallığı həzm edə bilmir və görünür, qələbəmiz onların yürütdüyü siyasətə uyğunlaşmır. Əslində İran çalışdı ki, əzələ nümayiş etdirsin - Azərbaycanla sərhəddə, Xəzər dənizində hərbi təlimlər keçirdi.  Heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur və buna icazə vermərik. O cümlədən İranın əsassız ittihamlarını Azərbaycan tərəfi rədd edir. 
Nəhayətdə, İranın XİN rəhbəri Azərbaycanın XİN rəhbəri ilə əlaqə saxladı və  telefon danışığında son gərginlik müzakirə edildi. İran tərəfinin son məlumatı ondan ibarətdir ki, bu ölkənin XİN rəhbəri Azərbaycana səfər etmək niyyətindədir. Ümumilikdə, əgər İran öz qərəzli mövqeyindən, əsassız iddialarından əl çəkməsə, əlbəttə, Azərbaycan da öz növbəsində İranla olan münasibətlərinə yenidən baxmağa məcbur olacaq”.

Müsahibimizin sözlərinə görə, İran səhvini başa düşüb Azərbaycana qarşı əsassız ittihamlara görə üzr istəməsə, qərəzini davam etdirərsə, uduzan tərəf elə özü olacaq:

"Çünki Azərbaycan artıq bölgədə sülhün təmin olunmasında ən vacib aktorlardan biridir. İran nə qədər çabalasa da, Ermənistan xaric, bölgə ölkələrinin hər biri, o cümlədən dünya ölkələri İranın əsassız ittihamlarını qınayırlar. Bununla bağlı İran XİN rəhbəri tələsik Moskvaya da getdi və oradan üzgün vəziyyətdə əliboş qayıtdı. Ətrafımızda olan müttəfiqimiz, qardaş ölkə Türkiyə, eyni zamanda Pakistan hər zaman bizim yanımızdadır. Belə ittihamlarla Azərbaycanın daxili işlərinə qarışmaq yolverilməzdir. Həmçinin, onlar bizim müstəqil siyasət yürütməyimizə mane ola bilməyəcəklər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...